English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YAPONİYADA BÖYÜK RADİASİYA FƏLAKƏTİ

AZOH: “Fukusima-1” atom elektrik stansiyası yaxınlığında dəniz suyunda radioaktiv maddələrin səviyyəsi normadan 1250 dəfə artıq olub.

APA-nın məlumatına görə, analiz üçün su nümunələri AES-in 300 metr uzaqlığındakı mənbədən götürülüb. Son zamanlar dəniz suyunun radioaktiv çirklənmə səviyyəsi sürətlə artmaqdadır. Martın 22-də bu göstərici normadan 126 dəfə çox olub. Bundan başqa, Fukusima prefekturasında becərilən kənd təsərrüfatı məhsullarında da radioaktiv maddələrin həcmi normadan artıq qeydə alınıb. Bir sıra ölkələr, o cümlədən Rusiya Fukusimadan kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb. Yaponiya hökuməti də bu bölgədən kənd təsərrüfatı və süd məhsullarının digər regionlara ixracına qadağa qoyub. Martın 23-də isə Tokioda içməli su kəmərlərindən götürülən nümunələrdə radioaktiv yod aşkarlanıb. Hələlik paytaxtda içməli suyun çirklənmə səviyyəsi insan həyatı üçün təhlükə törətməsə də, rəsmi qurumlar bu sudan uşaq yeməklərinin hazırlanmasında istifadə etməyi məsləhət görürlər.

APA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter