English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ATƏT-dən “ÜTÜLÜ” QARABAĞ HESABATI

AZOH: Minsk Qrupunun həmsədrləri martın 24-də Vyanda ATƏT-in mənzil-qərargahında təşkilatın baş katibi Mark Perren de Brişambo ilə görüşərək Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə Qiymətləndirmə Missiyasının məruzəsini açıqlayıblar. ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən il oktyabrın 7-dən 12-nə kimi Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonunda olub, ümumi vəziyyəti qiymətləndiriblər.

Həmsədrlərə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsindən iki ekspert və ATƏT-in 2005-ci ildəki Faktaraşdırıcı Missiyasının üzvlərindən biri də qoşulub. Bu, beynəlxalq missiyanın 2005-ci ildən sonra əraziyə ilk baxışı və BMT personalının 18 il ərzində ilk səfəri idi. Xatırladaq ki, hesabat ötən həftə həmsədrlər tərəfindən Bakıda və İrəvanda prezidentlərə təqdim olunmuşdu. Vyanadan isə sənədin tam mətni yox, onun əsasında hazırlanmış xülasə açıqlanıb.

Sənəddə deyilir: “1000 km-dən çox yolu qət edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin fəlakətli nəticələrinin danılmaz sübutları və sülhün əldə olunmamasının fəsadlarının şahidi olublar. Münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər boşalıb və demək olar ki, tamamilə xarabalığa çevrilib. Dəqiq sayı bəlli olmasa da, Laçın və Kəlbəcər şəhərlərində və eləcə də kiçik yaşayış məntəqələrində təxminən 14 minə yaxın adam yaşayır.”

Həmsədrlər bildirir ki, 2005-ci ildən bu yana bu ərazilərdə əhalinin sayında əhəmiyyətli artım olmayıb: “Etnik ermənilərdən ibarət əhali əsasən Azərbaycanın başqa rayonlarından bura köçürülənlərdir. Onlar çətin şəraitdə yaşayırlar, infrastruktur və iqtisadi fəallıq zəifdir. Çoxunun şəxsiyyətini təsdiq edən sənədi yoxdur.” Həmsədrlər tövsiyə edir ki, bu ərazilərdə qəbiristanlıqlar və ibadət ocaqları qorunsun, şəxsiyyət sənədi olmayan sakinlərin statusu aydınlaşdırılsın. Həmsədrlər bu missiyaları Dağlıq Qarabağ münaqişəsinin təsir etdiyi başqa rayonlarda da həyata keçirmək niyyətindədirlər.

Qeyd edək ki, missiya rəsmi Bakının Ermənistanın son illər işğal edilmiş ərazilərdə yeni qanunsuz məskunlaşma apardığı barədə əldə etdiyi faktlarla bağlı yaradılmışdı. Lakin göründüyü kimi, həmsədrlər öz hesabatlarını “ütüləyiblər” və belə göstəriblər ki, işğal edilmiş ərazilərdə məskunlaşan ermənilərin sayında ciddi artım yoxdur. Üstəlik, onların bir çoxu Azərbaycanın digər ərazilərindən köçənlərdir. Halbuki Ermənistanın Yaxın Şərq ölkələrindən çoxlu sayda ermənini işğal edilmiş ərazilərdə yerləşdiyinə dair elə erməni mənbələrində kifayət qədər faktlar tapmaq olar.

Minsk Qrupu həmsədrləri - Bernard Fasye, Robert Bradte, İqor Popov regiona səfərləri ilə bağlı bəyanatla da çıxış ediblər. Bəyanatda bölgədəki hazırkı vəziyyətin qəbul edilməz olması vurğulanıb. Eyni zamanda problemin sülh və danışıqlar yolu ilə həllinin orada yaşamış və hal hazırda orada yaşayan əhaliyə daha yaxşı və aydın gələcək vəd etdiyi qeyd edilib. Həmsədrlər 5 mart Soçi görüşündə əldə olunan müsbət irəliləyişlərdən sonra müzakirələr aparmaq üçün yaxın gələcəkdə yenidən bölgəyə səfər edəcəklərini bildiriblər. Onlar həm də Soçi görüşündə tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirməsi ilə bağlı araşdırma aparacaqlarını vurğulayıblar. Təmas xəttində və ictimai bəyanatlarda tərəflərin səbir nümayiş etdirməsinin vacibliyini qeyd edən həmsədrlər, mülkü təyyarələrə qarşı hərbi gücdən istifadə edilməsini yolverilməz hesab edirlər. Buna görə də, həmsədrlər cəbhə bölgəsindəki qətlləri və qisasları qəti şəkildə pisləyiblər.

“Media forum” saytı isə xəbər verir ki, Serj Sərkisyan Amasiyanın Bandivan icmasına da baş çəkərək martın 20-də cəbhə xəttində - Azərbaycanın işğal edilmiş torpaqlarında ölən baş leytenant Ovannes Sukiasyanın ailəsi ilə görüşüb. Ermənistan prezidenti zabiti qoruya bilmədiyi üçün üzr istəyib: “Mən prezident kimi söz verirəm ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün əlimdən gələni edəcəm”. Serj Sərkisyan işğalçı ordunun zabitinin məzarı üstünə də gedib.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter