English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TATLISƏS AKP-dən NAMİZƏD OLACAQMI

AZOH: Müğənninin deputatlığa namizədliklə bağlı sənədləri hakim partiyaya təqdim edilib

Uğradığı sui-qəsddən sonra “Acıbadəm” xəstəxanasında müalicə olunan İbrahim Tatlısəsin AKP-dən millət vəkilliyinə namizədliyinə dair sənədləri əmisioğlu tərəfindən Baş Nazirliyin Dolmabağçadakı baş ofisnə verilib.

Tatlısəsin əmisioğlu Abdullah Tatlı sənədləri təslim etmədən öncə mətbuata açıqlama verib. O bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müğənnini ziyarəti zamanı verdiyi təlimat üzrə İbrahim Tatlısəsin namizədliklə bağlı müraciəti qəbul olunacaq. “Posta” qəzeti yazır ki,   Tatlısəsin qohumları bununla əlaqədar Baş Nazirlikdən aranıblar. A.Tatlı deyib ki, sənədlər öncədən hazır olub: “Silahlı hücum olmasaydı, ertəsi günü özü AKP-nin baş ofisinə müraciət edəcəkdi. Olay baş verincə təbii ki, qaldı. İndi də baş nazirimizin əmriylə gəldik''.

Abdullah Tatlı müğənninin İstanbul 3-cü bölgəsindən namizəd olmaq istədiyini, lakin baş nazir Ərdoğan hansı bölgəni məsləhət görsə oradan namizəd olacağını da vurğulayıb.

Qeyd edək ki, martın 25-də Türkiyənin baş naziri Ərdoğan İ.Tatlısəsi ziyarət edərkən jurnalistərin ona "İbrahim Tatlısəsi AK partidən namizəd göstərəcəkmisiniz" sualına  Ərdoğan “Müraciətini aldım” cavabı verib. Qəzetçilərin inadla "Namizədiniz olacaq, deyə bilərikmi" sualına Ərdoğan yarızarafat jestlə bir daha təkrarlayıb: “Müraciətini aldım”.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter