English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YAPONİYADA YENƏ ZƏLZƏLƏ OLUB

AZOH: Martın 11-də baş verən 9 bal gücündəki zəlzələ və sunami ilə sarsılan Yaponiyada yeraltı təkanlar davam edir. Ölkənin şimalında 6,5 bal gücündə zəlzələ olub.

Zəlzələdə mal və yy can itkisinin olub-olmadığına dair açıqlama verilməyib.

Yaponiyalı rəsmilər zəlzələdən sonra sunami həyəcanı veriblər, ancaq dərhal sonra da həyəcan siqnalı ləğv edilib.

Martın 11-də baş verən zəlzələdə ölənlərin sayı isə 10 minə çatıb. 17 min yaponun aqibəti hələ də bəlli deyil.

Minlərlə insanın can verdiyi, on minlərlə insanın evsiz qaldığı zəlzələnin səbəb olduğu nüvə fəlakəti də davam edir.

Fukuşima Daiçi Atom Elektrik Stansiyasından radiasiya sızıntısı gedərək artır. Problemli iki reaktorda radiasiya səviyyəsinin təhlükə səviyyəsini aşması nəticəsində texniki qrup evakuasiya edilib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter