English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

قورتولوش پارتیاسی اینفورماسیا-باسین بؤلومو: روسیانین سوریاداکی بؤیوک دردی

Bir diktator getmək ərəfəsində ikən, başqa totalitar sistemlərin də halı

pozulur. Son günlərdə Suriyanın sınırlarını aşabiləcək böyük bir iç savaşın

başlanışına tanıq olmaqdayıq. Sözsüz ki, Suriya, İran fondamental-şovinist

rejimindən sonra Batı hədəfində olan ikinci böyük bölgə diktator və

totalitar rejiminə sahibdir. Əşirətçiliklə iç-içə girmiş modern tipli bir

ordu və onu yönəldən Bəəs Partiyasının Rusiya tərəfindən körüklənməsilə

radikal sonucların qaçırılmaz olduğu önə çıxır. Rusiyanın dış politikasının

sorumlusu, erməni kökənli “Serqey Lavrov”un son günlərdə Deməşqə səfərinin

ardından bugünədək səssiz qalan Suriyanın ən böyük ikinci mərkəzi və Firat

çayı ilə Aralıq dənizinin arasında yerləşən böyük “Hələb” şəhəri də “Bəşər

Əsəd” ə qarşı ayaqlanmış durumdadır. Yalnızca dünyanın bir neçə totalitar

rejimi – O cümlədən Çin, Rusiya ve paniranist rejim tərəfindən dəstəklənən

“Bəşər Əsəd”in durumu ağırlaşmaqdadır.

2011-ci ilin yanvarından başlayan mitinqlərin ardı kəsilmək bilməyir. Son

təxminlərə görə, 6000 üzərində sivil insan öldürürlüb, 20000-nə yaxın

tutuqlanıb və ya yoxa çıxıb, hardasa 100,000 nəfər çeşidli can yarası alıb,

milyardlar dollar isə, ölkənin ulusal sərvəti aradan gedibdir. Dünya bunu

qınarkən Rus və Çin dövlətlərinin bu olaylara qarşı Ərəb Birliyii

tərəfindən hazırlanan qətnaməni veto etməsi və Tehran rejiminin Suriyaya

gizli ordu hissələri yürütməsi xəbər agentlərinin gündəminə düşür.

Lavrov, Deməşqdə olarkən aydıncasına Əsəd rejiminin Rusiya tərəfindən

qeydsiz qorunmasına imza atdı. Kremlin isə, sonunadək qan tökən rejimin

yanında olduğunu bir daha cümhur başqanının ağızıyla vurğuladı. Bu arada

40-ildən bəri veto qullanmayan Çin də, öz vetosu ilə Batıya jest çəkdi. Çin

ve Rusiya bu vetolarıyla həm də, Suriyadan sonra sıranın İrana gələcəyini

düşünmuşlər. Özəlliklə Çin üçün con dərəcədə önəmli olan İranın ucuz

petrolu söz qonusudur. Pekinə görə, Tehran rejimi kontrolunda olan Ərəb

(Xüzistan) petrolunun Batıya axışı əngəllənməli və daha çox Çinə

satılmalıdır. Bu isə, İran rejiminin daha çox Çinə bağlanmasını sağlar. Elə

bu üzdən, Çin üçün veto haqqının qullanılması yalnız suriya görə deyil, həm

də, İrana olan anlamlı bir mesajdır.

Heç şübhəsiz Bəşər Əsədin və Bəəs partiyasının ömründən bir o qədər də

qalmayır. Bu rejim, dünya basqısı altında əzilməyə məhkümdür. Ancaq,

prezident seçgiləri ərəfəsində Rusiyanın belə sərt pozesiyona girməsinin də

sadəcə Suriyaya baqlanması doğru görünmür. Ata (Hafiz) Əsədin geçmiş Sovet

Birliyi liderlərilə çox yaxın və arxadaşlıq ilişgilərin böyük bir bölümü

iki ölkə arasında sürəcli olaraq qalmaqda ikən, buna bir də, birlikdə hər

gün artan ölümcül təhdidlərin oluşmasını düşünmək gərəkir. Həmin təhdidlərə

görədir ki, geçmişdə bağlanan dinc ittifaq, xələflər dönəmində daha da

gərəkən və dərin anlama daşımaqdadır. Sadə anlamla desək, dünənin

ağabəy-qardaş ilişgilərinin yerini bugün “ölərsək birlikdə, qalarsaq

birlikdə” məntiği almış kimi görünür. Bir anlamda Rusiya dövlətçiliyinin

diktator rejimləri savunma siyasəti geçici taktika deyil dəyişməz bir

stratejik siyasi gələnək halına gəlmişdir. Yeni Rusiya görüntüsündən belə

anlaşılır ki, Sovetizmin dağılmasıyla, Rusiya özünün sosial-siyasal kimlik

tanıtımında böyük bəlirsizlik yaşayır. Rusçu ideolojisinin sorunları öz

içində saxlı qalmaqdadır. Elə bu üzdən də, Dimitri Medvedev və Viladimir

Putin ikiliyinin öncəki liderlərdən daha da praqmatizm tutumuna baxmayaraq,

Suriya sorunu Rusiyanın ən stratejik sorunu kimi nitələnir. Və

istər-istəməz ortaya radikal bir davranış sərgiləyir.

İran adlanan dövlətin gün geçdikcə sıxışması da, Rusiyanın Suriya

qalmaqalında sərtləşməsinin bir başqa nədənidir. Açıqcası, Çin kimi

Rusiyanın da, Suriya qonusundaki radikal tutumunun, Tehran farsçı rejiminə

bir arxadaşlıq mesajı olması da unutulmamalıdır. Rusiyanın stratejik

çıxarlarının daralması siqnalları dünyada üzverən olaylar nədənilə hərgün

ucalmaqdadır. Bu məsələ çixarın ötəsində Rusiya üçün bir böyük təhdiddir.

Batının kontroluna geçən İranın quzey sınırı Rusiyanın güney sərhədlərinə

çox yaxındır. Rusiyaya daha uzaq olan Ərəb Dünyasında baş verən

dəyişimlərin ağlayan üzü Rusiya dövləti olsa da, xızla sınırlarına

yaxınlaşmaqda olan olayların təpgisinin nə olacağı indidən bəllidir.

İllərcə birbaşa vəya dolayı yollarla Rus KQB-sinin eyitimi altında olan

despot liderlərin çöküşü Moskvaya ağır bir darba ikən, Tehran rejiminin də,

inanılmaz dərəcədə təhdidə uğraması və qısıtlanması başlı-başına danılmaz

bir uyarıdır. Rusiya və Çin dövlətlərinin Suriyadan sonraki böyük itgisi

panfarsit rejim və çox ehtimalla İran adlı dövlətçilik sistemi olacaqdır.

Özəlliklə Rusiyanın bu qonudaki əndişəsi olduqca böyükdür.

Vaxtıyla Sovet Birliyinin Dövlət Təhlükəsizlik Şurasının başçısı “Lavrenti

Beriya” Stalinə verdiyi bir raporda “Sovet dövlətinin Quzey-Güney

Azərbaycan birləşməsinə işarə edərək, ikinci “Ukrayna”ya dözüm yoxdur!”

deməsini bugünkü Rus liderləri tam çılpaqlığıyla duyurlar. O zaman bu deyim

bir sosializm çıxar-gəliri olsaydı da, indi artıq bir kürəsəl planın tərkib

hissəsidir. Rusiya dövlətinin bu gedişatın sonucundan böyük qorxusu vardır.

Rusiya üçün, Suriyanın Ərəb Baharına qatılmasının ardında yeni-yeni

çalxalanmalar vardır. Kremlinin qorxusu ön qalaların ardı-ardından

çökməsidir. Hər çöküşlə Moskvanın bir əlaltı fiqoru əldən gedir. Bu isə,

bölgə totalitarizminin daralmasına və Rusiyanın təklənməsinə gətirib

çıxarır. Rusiyanın yaxın Mart cümhur başqanı seçimi günlərində Batı ilə üz

bə göz olması özəlliklə Putinin yararına deyildir. Ancaq, Suriya rejiminin

Rusiya seçimləri qabağı çöküşü ağır bir darba kimi yalnız Putin deyil,

Rusiyanın uluslararası ilişgiləri pozulabilər. Bu üzdən bir rus gələnəyi

olaraq Əsəd sonrası Rusiyanın Suriyada olan çıxarlarının əl dəyilməzliyi

qarantı olarsa, Əsədə qarşı ilk təpik elə Moskvada gələbilər. Sözsüz ki,

böyük amaclara dayanaraq Batı tərəfindən belə qarantının Rusiyaya verilməsi

inanılmazdır. Bu üzdən ən azından seçimlərin bitməsinədək Rusiyanın də Batı

qarşısında təviz verməyəcəyi bəllidir. Ancaq, Rusiyanın Suriya və İran

savunmasının nə qədər sürəcəyini də, Moskva deyil, bölgənin gedişatı bəlli

edəcəkdir. Belə ki, bölgədə Moskvaya qarşı daralma diplomasiyası artdıqca,

İran adlanan farsçı dövlətin də daha çox təklənməsi gözlənilir. Belə

görünür ki, Batının İrandan sonraki ən böyük amacı Rusiya Federalizminin

özüdür!

Güney Azərbaycan Qurtuluş Partiyası

İnformasiya-Basın Bölümü

2012-02-12

بیر دیکتاتور گئتمک ارفه‌سینده ایکن، باشقا توتالیتار سیستئم‌لرین ده حالی

پوزولور. سون گون‌لرده سوریانین سینیرلارینی آشابیله‌جک بؤیوک بیر ایچ ساواشین

باشلانیشینا تانیق اولماقداییق. سؤزسوز کی، سوریا، ایران فوندامئنتال-شووینیست

رئژیمین‌دن سونرا باتی هدفینده اولان ایکینجی بؤیوک بؤلگه دیکتاتور و

توتالیتار رئژیمینه صاحب‌دیر. اشیرتچی‌لیکله ایچ-ایچه گیرمیش مودئرن تیپ‌لی

بیر اوردو و اونو یؤنل‌دن بس پارتیاسی‌نین روسیا طرفین‌دن کؤروکلنمه‌سیله

رادیکال سونوج‌لارین قاچیریلماز اولدوغو اؤنه چیخیر. روسیانین دیش

پولیتیکاسی‌نین سوروم‌لوسو، ائرمنی کؤکن‌لی “سئرقئی لاوروو”اون سون گون‌لرده

دئمشقه سفری‌نین آردین‌دان بوگوندک سس‌سیز قالان سوریانین ان بؤیوک ایکینجی

مرکزی و فیرات چایی ایله آرا‌لیق دنیزی‌نین آراسیندا یئرلشن بؤیوک “حلب” شهری

ده “بشر اسد” ا قارشی آیاقلانمیش دورومدا‌دیر. یالنیزجا دونیانین بیر نئچه

توتالیتار رئژیمی – او جمله‌دن چین، روسیا و پانیرانیست رئژیم طرفین‌دن

دستک‌لنن “بشر اسد”این دورومو آغیرلاشماقدا‌دیر.

2011-جی ایلین یانوارین‌دان باشلایان میتینق‌لرین آردی کسیلمک بیلمییر. سون

تخمین‌لره گؤره، 6000 اوزرینده سیویل اینسان اؤلدورورلوب، 20000-نه یاخین

توتوقلانیب و یا یوخا چیخیب، هارداسا 100،000 نفر چئشیدلی جان یاراسی آلیب،

میلیاردلار دول‌لار ایسه، اؤلکه‌نین اولوسال ثروتی آرا‌دان گئدیب‌دیر. دونیا

بونو قینارکن روس و چین دؤولت‌لری‌نین بو اولای‌لارا قارشی عرب بیرلیگیی

طرفین‌دن حاضرلانان قتنامنی وئتو ائتمه‌سی و تئهران رئژیمی‌نین سوریایا گیزلی

اوردو حیسه‌لری یوروتمه‌سی خبر آگئنت‌لری‌نین گوندمینه دوشور.

لاوروو، دئمشقده اولارکن آیدینجاسینا اسد رئژیمی‌نین روسیا طرفین‌دن قئیدسیز

قورونماسینا ایمضا آتدی. کرئملین ایسه، سونونادک قان تؤکن رئژیمین یانیندا

اولدوغونو بیر داها جومهور باشقانی‌نین آغیزییلا وورغولادی. بو آرادا 40-ایلدن

بری وئتو قوللانمایان چین ده، اؤز وئتوسو ایله باتییا ژئست چکدی. چین و روسیا

بو وئتولارییلا هم ده، سوریا‌دان سونرا سیرانین ایرانا گلجیینی دوشونموش‌لر.

اؤزل‌لیکله چین اوچون جون درجه‌ده اؤنم‌لی اولان ایرانین اوجوز پئترولو سؤز

قونوسودور. پئکینه گؤره، تئهران رئژیمی کونترولوندا اولان عرب (خوزیستان)

پئترولونون باتییا آخیشی انگللنمه‌لی و داها چوخ چینه ساتیلما‌لی‌دیر. بو

ایسه، ایران رئژیمی‌نین داها چوخ چینه باغلانماسینی ساغ‌لار. ائله بو اوزدن،

چین اوچون وئتو حاقی‌نین قوللانیلماسی یالنیز سوریا گؤره دئییل، هم ده، ایرانا

اولان آنلام‌لی بیر مئساژدیر.

هئچ شوبهه‌سیز بشر اسدین و بس پارتیاسی‌نین اؤمرون‌دن بیر او قدر ده قالماییر.

بو رئژیم، دونیا باسقی‌سی آلتیندا ازیلمه‌یه مهکوم‌دور. آنجاق، پرئزیدئنت

سئچگی‌لری ارفه‌سینده روسیانین بئله سرت پوزئسیونا گیرمه‌سی‌نین ده ساده‌جه

سوریایا باقلانماسی دوغرو گؤرونمور. آتا (حافیظ) اسدین گئچمیش سووئت بیرلیگی

لیدئرلریله چوخ یاخین و آرخاداش‌لیق ایلیشگی‌لرین بؤیوک بیر بؤلومو ایکی اؤلکه

آراسیندا سورج‌لی اولا‌راق قالماقدا ایکن، بونا بیر ده، بیرلیکده هر گون آرتان

اؤلومجول تهدیدلرین اولوشماسینی دوشونمک گرکیر. همین تهدیدلره گؤره‌دیر کی،

گئچمیشده باغ‌لانان دینج اتفاق، خلف‌لر دؤنمینده داها دا گرکن و درین آنلاما

داشیماقدا‌دیر. ساده آنلاملا دئسک، دونه‌نین آغابی-قارداش ایلیشگی‌لری‌نین

یئرینی بوگون “اؤلرسک بیرلیکده، قالارساق بیرلیکده” منتیغی آلمیش کیمی

گؤرونور. بیر آنلامدا روسیا دؤولتچی‌لیگی‌نین دیکتاتور رئژیم‌لری ساوونما

سیاستی گئچیجی تاکتیکا دئییل دییشمز بیر ایستراتئژیک سیاسی گلنک حالینا

گلمیش‌دیر. یئنی روسیا گؤرونتوسون‌دن بئله آنلاشیلیر کی، سووئتیزمین

داغیلماسییلا، روسیا اؤزونون سوسیال-سیاسال کیم‌لیک تانیتیمیندا بؤیوک

بلیرسیزلیک یاشاییر. روسچو ایدئولوژی‌سی‌نین سورون‌لاری اؤز ایچینده ساخ‌لی

قالماقدا‌دیر. ائله بو اوزدن ده، دیمیتری مئدوئدئو و ویلادیمیر پوتین

ایکی‌لیگی‌نین اؤنجکی لیدئرلردن داها دا پراقماتیزم توتومونا باخمایا‌راق،

سوریا سورونو روسیانین ان ایستراتئژیک سورونو کیمی نیته‌لنیر. و ایستر-ایستمز

اورتایا رادیکال بیر داورانیش سرگیلییر.

ایران آدلانان دؤولتین گون گئچدیکجه سیخیشماسی دا، روسیانین سوریا

قالماقالیندا سرتلشمه‌سی‌نین بیر باشقا ندنی‌دیر. آچیقجاسی، چین کیمی روسیانین

دا، سوریا قونوسونداکی رادیکال توتومونون، تئهران فارسچی رئژیمینه بیر

آرخاداش‌لیق مئساژی اولماسی دا اونوتولماما‌لی‌دیر. روسیانین ایستراتئژیک

چیخارلاری‌نین دارالماسی سیقنال‌لاری دونیادا اوزوئرن اولای‌لار ندنیله هرگون

اوجالماقدا‌دیر. بو مسئله چیخارین اؤته‌سینده روسیا اوچون بیر بؤیوک تهدیددیر.

باتی‌نین کونترولونا گئچن ایرانین قوزئی سینیری روسیانین گونئی سرحدلرینه چوخ

یاخین‌دیر. روسیایا داها اوزاق اولان عرب دونیاسیندا باش وئرن دییشیم‌لرین

آغلایان اوزو روسیا دؤولتی اولسا دا، خیزلا سینیرلارینا یاخین‌لاشماقدا اولان

اولای‌لارین تپگی‌سی‌نین نه اولاجاغی ایندی‌دن بل‌لی‌دیر. ایللرجه بیرباشا ویا

دولایی یول‌لارلا روس کقب-سینین ائییتیمی آلتیندا اولان دئسپوت لیدئرلرین

چؤکوشو موسکوایا آغیر بیر داربا ایکن، تئهران رئژیمی‌نین ده، اینانیلماز

درجه‌ده تهدیده اوغراماسی و قیسیتلانماسی باش‌لی-باشینا دانیلماز بیر

اویاری‌دیر. روسیا و چین دؤولت‌لری‌نین سوریا‌دان سونراکی بؤیوک ایتگی‌سی

پانفارسیت رئژیم و چوخ احتیماللا ایران آدلی دؤولتچی‌لیک سیستئمی

اولا‌جاق‌دیر. اؤزل‌لیکله روسیانین بو قونوداکی اندیشه‌سی اولدوقجا بؤیوک‌دور.

واختییلا سووئت بیرلیگی‌نین دؤولت تهلوکه‌سیزلیک شوراسی‌نین باشچی‌سی

“لاورئنتی بئریا” ایستالینه وئردیگی بیر راپوردا “سووئت دؤولتی‌نین

قوزئی-گونئی آذربایجان بیرلشمه‌سینه ایشاره ائده‌رک، ایکینجی “اوکراینا”یا

دؤزوم یوخ‌دور!” دئمه‌سینی بوگونکو روس لیدئرلری تام چیلپاقلیغییلا دویورلار.

او زامان بو دئییم بیر سوسیالیزم چیخار-گلیری اولسایدی دا، ایندی آرتیق بیر

کورسل پلانین ترکیب حیسه‌سی‌دیر. روسیا دؤولتی‌نین بو گئدیشاتین سونوجون‌دان

بؤیوک قورخوسو واردیر. روسیا اوچون، سوریانین عرب باهارینا قاتیلماسی‌نین

آردیندا یئنی-یئنی چالخالانما‌لار واردیر. کرئم‌لی‌نین قورخوسو اؤن قالا‌لارین

آردی-آردین‌دان چؤکمه‌سی‌دیر. هر چؤکوشله موسکوانین بیر الالتی فیقورو الدن

گئدیر. بو ایسه، بؤلگه توتالیتاریزمی‌نین دارالماسینا و روسیانین تکلنمه‌سینه

گتیریب چیخاریر. روسیانین یاخین مارت جومهور باشقانی سئچیمی گون‌لرینده باتی

ایله اوز به گؤز اولماسی اؤزل‌لیکله پوتی‌نین یارارینا دئییل‌دیر. آنجاق،

سوریا رئژیمی‌نین روسیا سئچیم‌لری قاباغی چؤکوشو آغیر بیر داربا کیمی یالنیز

پوتین دئییل، روسیانین اولوسلاراراسی ایلیشگی‌لری پوزولابی‌لر. بو اوزدن بیر

روس گلنیی اولا‌راق اسد سونراسی روسیانین سوریادا اولان چیخارلاری‌نین ال

دییلمزلیگی قارانتی اولارسا، اسه‌ده قارشی ایلک تپیک ائله موسکوادا گلبی‌لر.

سؤزسوز کی، بؤیوک آماج‌لارا دایانا‌راق باتی طرفین‌دن بئله قارانتی‌نین

روسیایا وئریلمه‌سی اینانیلمازدیر. بو اوزدن ان آزین‌دان سئچیم‌لرین بیتمسیندک

روسیانین ده باتی قارشی‌سیندا تویز وئرمیجیی بل‌لی‌دیر. آنجاق، روسیانین سوریا

و ایران ساوونماسی‌نین نه قدر سورجیینی ده، موسکوا دئییل، بؤلگه‌نین گئدیشاتی

بل‌لی ائده‌جک‌دیر. بئله کی، بؤلگه‌ده موسکوایا قارشی دارالما دیپلوماسیاسی

آرتدیقجا، ایران آدلانان فارسچی دؤولتین ده داها چوخ تکلنمه‌سی گؤزلنیلیر.

بئله گؤرونور کی، باتی‌نین ایران‌دان سونراکی ان بؤیوک آماجی روسیا

فئدئرالیزمی‌نین اؤزودور!

گونئی آذربایجان قورتولوش پارتیاسی

اینفورماسیا-باسین بؤلومو

2012-02-12

http://www.qurtulush.info/?p=3903#respond

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter