English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Obama üsyançıları silahlandırmağı istisna etmir

AZOH: ABŞ Prezidenti Barak Obama deyib ki, o, Liviya lideri polkovnik Qəzzafini devirmək üçün üsyançıların silahlandırılmasını istisna etmir.

Öz müsahibəsində o deyib ki, polkovnik Qəzzafi vəzifəsindən gedəcək dərəcədə zəifləyib.

Qəzzafi tərəfdarı olan qüvvələr son günlərdə, koalisiya qüvvələrinin hava hücumları başlayandan sonra üsyançıları on kilometrlərə geriyə çəkilməyə məcbur ediblər.

Üsyançılar indi Ras Lanuf şəhərini keçərək şərqə doğru çəkilirlər.

Üsyançıların geri çəkilməsi barədə xəbər Londonda Liviya konfransının əlaqə qrupu yaratmağa razılaşmasından sonra baş verir.

Qrupa Ərəb hökumətləri də daxil olacaq və Qəzzafidən sonrakı Liviya üçün yardımı əlaqələndirəcəklər.

Polkovnik Qəzzafinin hakimiyyətinə qarşı üsyanlar 6 həftə öncə başlayandan bəri bir neçə min insan öldürülüb və minlərlə adam yaralanıb.

İndi üsyançılar daha çox şərqə nəzarət edirlər və Qəzzafi qüvvələri paytaxt Triploni və digər qərbi şəhərləri tutub.

ABŞ mediasının üsyançıları silahlandırmağı dəstəkləyərdinizmi sualına cavab verən Prezident Obama deyib: "Mən bunu istisna etmirəm, eyni zamanda, mümkündür demirəm".

Ancaq o, təsdiq edib ki, ABŞ polkovnik Qəzzafinin opponentlərinə humanitar yardım, tibbi ləvazimat və kommunikasiya avadanlığı formasında yardım edəcək.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter