گادپ-ین اورمو گولو حاقدا بیلدیریسی
گونئی آزربایجانین گؤز ببیی اورمو گؤلو قان آغلاییر
دیرلی سویداشلرر
بیلدیگینیز کیمی گونئی آزربایجانین گؤز ببیی اورمو گؤلو سون ایللردکی قوراقلیق و سو قایناقلارینین یانلیش یؤنتیمی ندنی ایله جدی بیر ائکولوژیک بحرانا گیریبدیر. قیسسا زاماندا 8 میلیارد تون دوزلاغین یارانیلماسی گؤزلنیلیر. سو سویهسی 6 مئتر آزالیبدیر کی بو، ائکولوژیک کریتیک سویهنین ده 2 مئتر آلتیندادیر. سویون دوز سویهسینین آشیری درجهده آرتماسینین نتیجهسینده آرتمیا حیوانینین حیاتینین داوامی تهلوکهیه دوشوبدور و ساییسی جدی شکیلده آزالیبدیر. آرتمیالارین آزالماسی، هابئله 9 آدانین ساحله قوووشماسینین نتیجهسینده گؤلده یاشایان و یومورتلایان قوشلارین دا سویلارینین داوامی تهلوکهیه دوشوبدور.
یاخین گلهجکده مینلرجه مئترلیک دوزلاقلارین یارانیلماسی چئورهنین هاوا دییشیمی و یئلین دوزلاری شهرلره ساری داغیدا بیلمهسیله یاناشی، گونئی آزربایجانین تورپاقلاری و میلیونلار اینسان اکین و ایش یئرلریندن ال اوزوب، دؤغما تورپاقلاریندان کؤچمه تهلوکهسیله قارشی قارشییا قالاجاقلار.
دیرلی وطنداشلار:
اورمو گؤلونو بو دوروما سالان هاوا ایستیلمهسیله یاناشی، فارس شووینیزمینین آپاریجی قولو اولان ایران ایسلام رئژیمی اولموشدور. رئژیم بیلهرک اوزون پلانلی پروقراملا، چوخ سایلی سدلر دوزلدهرک، گویا اکینچیلیک اوچون سولاری دئپو ائتمیش، گؤله آخان سولارین قارشیسین آلمیشدیر ایندیسه آزی 5 میلیارد مئتر موکب سو گرکیر کی گؤل ساغلاملیغینا قوووشسون .
شووینیست رئژیم بو تورپاقلارین اوستونده یاشایان اینسانلارین دیللرینه، کولتورلرینه، ائکونومی دوروملارینا یئرالتی و یئر اوستو ثروتلرینه باشقا سؤزله میللی وارلیقلارینا دیر وئمیشدیر کی میللتیمیزین گؤز ببیی اورمو گؤلونه دیر وئره.
گونئی آذربایجان میللی حرکاتی ایکی ایل اؤنجه بو تهلوکنی گوندمه گتیرمیشدیر و گلهجک بؤیوک فاجعهدن خبر وئرمیشدیر.
میللی دؤولتیمیز اولسایدی، گونئی آزربایجانین باشقا یئرلئریندئ اکینچیلره تورپاق وئرهرک بوتون سو آخان مانعهلری قالدیراردی. آزربایجانین دیگر چایلارین گؤله آخماسینا زامینا یاراداردی، علمی سیمینارلار گئچیردهرک میللی گوجو سفربر ائدهرک، قیسسا و اوزون وادهلی چیخیش یولاری آرییاردی و سونوجدا بو بیر اولوسلار آراسی ائکولوژیک چئوره پروبلئمی اولدوغو اوچون و اؤزللیکله اورمو گؤلو ب م ت-ده میللی پارک کیمی سبته یئتیشمهسیندن دولایی، اولوسلار آراسی پروبلئم اولماسینی قئید ائدئردی و یاردیم طلب ائدئردی .
دیرلی میللی فاالاریمیز:
گونئی آذربایجانیمیزین تورپاغی و اینسانی ایستئمار آلتیندا اسیردیر. بو قیبلهدن ایشیق بکلمک اولماز . گونئی آذربایجان میللی حرکاتی 13 بئدئر گونون اورمو گؤلو گونو اعلان ائدیب.
اورمو گؤلو ایلا باغلی میللی و بئینالخالق سئویهده بیلگیلندیرمک و اعتراضلار کئجهیردمک هر میللتچینین اؤنملی گؤرویدیر.
بیز گونئی آذربایجان دئموکرات پارتییاسی (گادپ)اولاراق فارس رئژیمینین ایختیلاف سالماق سیاستینه قارشی اولاراق ، وطنیمیزین هر بؤلگهسینده اعلان اولونان اعتراض میتینگلرینه قاتیلاجاییق.
گونئی آذربایجان دئموکرات پارتییاسی (گادپ)
1390 .01.10
Güney Azərbaycanın göz bəbəyi Urmu gölü qan ağlayır
Dəyərli soydaşlar :
Bildiyiniz kimi Güney Azərbaycanın göz bəbəyi Urmu gölü son illərdəki quraqlıq və su qaynaqlarının yanlış yönətimi nədəni ilə ciddi bir ekolojik böhrana giribdir. Qissa zamanda 8 milyard ton duzlağın yaranılması gözlənilir. Su səviyyəsi 6 metr azalıbdır ki bu, ekolojik kritik səviyyənin də 2 metr altındadır. Suyun duz səviyyəsinin aşırı dərəcədə artmasının nəticəsində Artmia heyvanının həyatının davamı təhlükəyə düşübdür və sayısı ciddi şəkildə azalıbdır. Artmiyaların azalması, habelə 9 adanın sahilə qovuşmasının nəticəsində göldə yaşayan və yumurtlayan quşların da soylarının davamı təhlükəyə düşübdür.
Yaxın gələcəkdə minlərcə metrlik duzlaqların yaranılması çevrənin hava dəyişimi və yelin duzları şəhərlərə sarı dağıda bilməsilə yanaşı, Güney Azərbaycanın torpaqları və mılyonlar insan əkin və iş yerlərindən əl üzüb, döğma torpaqlarından köçmə təhlükəsilə qarşı qarşıya qalacaqlar.
Dəyərli vətandaşlar:
Urmu gölünü bu duruma salan hava istiləməsilə yanaşı, Far şovinizminin aparıcı qolu olan İran İslam rejimi olmuşdur. Rejim bilərək uzun planlı proqramla, çox saylı sədlər düzəldərək, güya əkinçilik üçün suları depo etmiş, gölə axan suların qarşısın almışdır indisə azı 5 milyard metr mukəb su gərəkir ki göl sağlamlığına qovuşsun .
Şovinist rejim bu torpaqların üstündə yaşayan insanların dillərinə, kültürlərinə, ekonomi durumlarına yeraltı və yer üstü sərvətlərinə başqa sözlə milli varlıqlarına dəyər vemişdir ki millətimizin göz bəbəyi Urmu gölünə dəyər verə.
Güney Azərbaycan Milli Herekatı iki il öncə bu təhlükəni gündəmə gətirmişdir və gələcək böyük faciədən xəbər vermişdir.
Milli dövlətimiz olsaydı, Güney Azərbaycanın başqa yerlerinde əkinçilərə torpaq verərək bütün su axan maneələri qaldırardı. Azərbaycanın digər çayların gölə axmasına zamına yaradardı, elmi siminarlar geçirdərək milli gücü səfərbər edərək, qıssa və uzun vadəli çixiş yoları arıyardı və sonucda bu bir uluslar arası ekolojik çevrə problemi olduğu üçün və özəlliklə Urmu gölü BMT-də milli park kimi səbtə yetişməsindən dolayı, uluslar arası problem olmasını qeyd ederdi və yardim tələb ederdi .
Dəyərli Milli faalarımız:
Güney Azərbaycanımızın torpağı və insanı istemar altında əsirdir. Bu qiblədən ışıq bəkləmək olmaz . Güney Azərbaycan Milli Herekatı 13 beder Günün Urmu gölü günü elan edib.
Urmu gölü ila bağlı milli və beynalxalq seviyyədə bilgiləndirmək ve etirazlar kechirdmək hər millətçinin önəmli görəvidir.
Biz Güney Azərbaycan Demokrat Partıyası (GADP)olaraq Fars rejiminin ixtilaf salmaq siyasətinə qarşı olaraq , vətənimizin hər bölgəsində elan olunan etiraz mitinglərinə qatılacayıq.
Güney Azərbaycan Demokrat Partıyası (GADP)
1390 .01.10