English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əhməd Davudoğlu: Biz Sarkisyandan Füzuli və Ağdamın boşaldılmasını istəmişik

AZOH: Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması naminə Azərbaycanı itirə bilməz.

Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın "Azq" qəzetinə müsahibəsində bildirib.

Ankara-Yerevan münasibətlərindən danışan Davudoğlu bildirib ki, Ermənistan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə münasibətlərin normallaşacağını düşünür: "Amma elə şeylər var ki, onlara kompleks yanaşılmalıdır. Birdən hər gün atəş səslərinin eşidildiyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində nələrsə baş verdi? O zaman sərhədləri yenidən bağlayacağıq? Bu halda bütün perspektivlər uzun müddətə iflasa uğrayacaq".

"Biz Ermənistanla münasibətlərə görə Azərbaycanı itirə bilmərik. Biz prezident Serj Sarkisyandan, həmçinin həmkarım Nalbandyandan jest olaraq Azərbaycanın işğal altındakı rayonlarından heç olmasa 1-2-nin boşaldılmasını dəfələrlə istəmişik. Məsələn, Füzuli və Ağdamın. Bu halda Bakı da öz sərhədlərini açmağa razılıq verərdi. Amma Ermənistan bundan imtina edib".

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun erməni qəzetinə verdiyi müsahibəsinə münasibətini açıqlayıb.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan danışıqlarda rəsmi Bakının mövqeyi birmənalı olub.

"Azərbaycan tərəfi danışıqların ilk mərhələsində işğal edilmiş beş rayonun qaytarılması müqabilində komunikasiya xətlərinin açılmasına razı idi. Bizim bununla bağlı mövqeyimiz açıqlanıb və məlumdur. Davudoğlunun bu baxımdan dedikləri bizim mövqeyimizə zidd deyil"-deyə E.Poluxov vurğulayıb.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter