English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏDDAFİ MÜXALİFƏTİN ATƏŞKƏS TƏKLİFİNİ RƏDD EDİB

AZOH: Liviya prezidenti Müammər Qəddafi müxalifətin atəşkəs təklifini rədd edib.

Üsyançılar dünən Qəddafiyə bağlı qüvvələrin müxalifətin nəzarəti altındakı şəhərlərdən çəkiləcəyi və dinc aksiyalara icazə veriləcəyi təqdirdə atəşkəs elan edə biləcəklərini açıqlayıblar. Müxalifət bununla yanaşı Qəddafinin istefa verməsi tələbindən də vaz keçmədiyini bəyan edib.

Qəddafi iqtidarının sözçüsü isə üsyançıların nəzarətindəki şəhərlərin mühasirəsini heç bir halda qaldırmayacaqlarını açıqlayıb. Sözçü beynəlxalq koalisiyanı da insanlığa qarşı cinayət törətməkdə suçlayıb.

Bu arada "Əl Cəzirə" televiziyası ölkənin kəşfiyyat naziri, xarici işlər nazirinin müavini və parlament sədrinin də ölkəni tərk edərək Tunisə getmək üçün təyyarə gözlədiklərini xəbər verib.

Qəddafiyə bağlı qüvvələr isə müxalifətin nəzarətində olan və ölkənin ən qərb nöqtəsində yerləşən Misrata şəhərini bombardman edir. Müxalifət şəhərin tanınmaz hala gəldiyini bildirib və Qərbin Qəddafiyə yönəlik hava hücumlarının kifayət etmədiyini bəyan edib. Şəhərdə onlarla insanın öldüyü bildirilir.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mayk Müllen isə gələn həftə döyüş təyyarələrini bölgədən çəkəcəklərini və ehtiyac olarsa, NATO-nun tələbi ilə dəstək verəcəklərini bildirib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter