English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ARGENTİNA MƏHKƏMƏSİNDƏN ÇİRKİN QƏRAR

AZOH: 24 aprel yaxınlaşdıqca ermənilərin saxta iddialarını qəbul etdirmək səyləri yenidən artır.

Ermənistan prezidenti Serj Sərkisyan 24 aprel öncəsi ABŞ prezidenti Barak Obamaya müraciət edərək onun ənənəvi çıxışında "soyqırım" ifadəsini işlətməsini istəyib. Bundan bir gün sonra isə Argentinada bir məhkəmə 1915-ci il olaylarına dair qərar qəbul edib.

Ölkənin tanınmış hakimi Norberto Oyarbaydın açıqladığı məhkəmə qərarında 1915-ci il olaylarına dair ittihamlar və təhriflərə yer verilib.

Məhkəmə erməni əsilli Argentina vətəndaşı Qriqorio Haytapetyanın Birinci dünya Müharibəsi zamanı Sivas və Harputta yaşayan ailə üzvlərinin aqibətlərinin araşdırılması haqda ərizəsi əsasında başlayıb. Məhkəmədən sonra açıqlama verən Hayrapetyanın vəkili qərarın Çili diktatoru Avqusto Pinoçet haqqında ispaniyalı hakim Baltazar Qarzonun verdiyi "insanlığa qarşı cinayətlərin bəşəri mühakiməsi" hökmünə əsaslandığını bildirib.

Məhkəmə qərarı Türkiyə əleyhinə hər hansı cəza nəzərdə tutmur, amma erməni diaspora təşkilatlarının beynəlxalq forumlarda və məhkəmələrdə bu hökmdən presedent kimi istifadə olunmasının önünü açır.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter