English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Bakının Fəvvarələr Meydanında "İstefa" şüarları səsləndirilib

AZOH: Bu gün Bakıda İctimai Palatanın təşəbbüsü ilə müxalifət tərəfdarları paytaxtın mərkəzi Fəvvarələr Meydanında mitinq keçirməyə cəhd göstərib.  Nümayişçilər “İstefa”, “Azadlıq” şüarları səsləndirmişlər.

Əraziyə gətirilmiş təhlükəsizlik qüvvələri aksiyanın qarşısını alıb.  Polislər çox sayda nümayişçini həbs edib.  Hələ etiraz aksiyası başlamazdan öncə hökumət qüvvələri bir neçə müxalifət təmsilçisini həbs etmişdilər.

İctimai Palatanın liderləri aksiyanın öz məqsədinə nail olduğunu hesab edir.  Azərbaycan Xalq Cəbhəsinin lideri Əli Kərimli aksiyanın mütəşəkkil keçdiyini və hökuməti sarsıtdığını bildirib.  Onun sözlərinə görə hökumət nümayişlərin qarşısnı almaq üçün yüzlərlə adam həbs edib və saxlayıb.  Lakin bununla belə kifayət qədər insan küçələrə çıxaraq öz etirazlarını ifadə ediblər.

Müsavat partiyasının başqanı İsa Qəmbər bu dəfəki nümayişə şəhər sakinlərinin də qoşulduğunu deyib.  O, Fəvvarələr Meydanındakı mitinq cəhdini son illərin ən güclü etiraz aksiyası kimi dəyərləndirib.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter