English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İSLAMÇILARIN HƏBSİNİN YENİ DALĞASI BAŞLADI

AZOH: Bir neçə dindar polis tərəfindən saxlandı, ancaq İslam Partiyası aksiya keçirməkdə israrlıdır

Ötən gün gənc ruhanilərdən Hacı İlham Əliyev həbs olunub. Xəzər Rayon Məhkəməsi ruhaniyə 5 sutka həbs cəzası verib. faktxeber.com saytının məlumatına görə, İ.Əliyev iki gün öncə evinə ərzaq alarkən saxlanılıb. Mərdəkandakı polis bölməsinə aparılan dindara heç bir əsas olmadan 5 sutkalıq həbs cəzası verilib. Hazırda onun Mərdəkandakı polis bölməsində saxlanıldığı bildirilir.

Eyni gündə daha bir islamçı, “Milli-mənəvi dəyərlər” İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov həbs olunub. İslam-azeri saytının məlumatına görə, məhkəmə Hacı Mehdi Məmmədov barədə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsini əsas tutaraq 8 sutkalıq həbs cəzası kəsib.

Məhkəmədə Biləcəri qəsəbəsindəki “Daş bazarı” adlanan yerdə bir şəxsin qışqıraraq asayişi pozduğunu, polisin onun qarşısını almaq istəyərkən isə Mehdi Məmmədovun ona mane olduğu iddia edilib.

Daha bir ruhani - Seyid İbrahim isə Sumqayıtda saxlanılıb. Onun Bakıda keçirilən aksiyaya gəldiyi bildirilir.

Xatırladaq ki, Azərbaycan İslam Partiyası (AİP) aprelin 8-də mitinq keçirməklə bağlı qərar verib. Artıq partiya mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət də edib. Aksiyanın əsas şüarları Qarabağa və həbsdəki islamçılara azadlıq tələbləri, hicab problemi ilə bağlı olacaq. AİP aksiyanın Azadlıq meydanı, yaxud da parlament binasının qarşısında keçirməyi planlaşdırır.

Ancaq AİP sədri Elçin Manafov hesab edir ki, digər münasib məkanlarda da mitinq keçirilə bilər: “Bu şərtlə ki, həmin yer geniş ola və mərkəzdən çox da uzaq olmaya. Mən inanmıram ki, yox cavabı verilsin. Mənə elə gəlir ki, müsbət cavab olacaq, ancaq ola bilsin istədiyimiz yeri verməkdən imtina eləsinlər. Biz elan eləmişik ki, harada olur-olsun mitinq keçirməkdə qərarlıyıq, çünki üzvlərimiz də mitinq keçirməyi tələb edirlər. Buna görə də yerin harada olması bizim üçün mühüm deyil”.

Qeyd edək ki, bir neçə gün əvvəl baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında İslam Partiyasını “saxta qurum” adlandırmışdı. E.Manafov R.Usubovun açıqlamasını təxribat kimi qiymətləndirdiyini bildirib: “AİP 20 ildir fəaliyyət göstərir. Qurum haqqında yayılan xəbər məsuliyyətsizdir, iftira xarakteri daşıyır”.

Onun sözlərinə görə, dövlət rəsmisi belə yanlış ifadə işlədirsə, özü-özlüyündə xoşagəlməz məqamlara şərait yaradır: “Partiyanın yenidən qeydiyyata alınması üçün səylərimizi davam etdirəcəyik. Hər halda heç bir dövlət geniş sosial bazası olan bir siyasi partiyanın qeyri-leqal fəaliyyətinə rəvac verməz. Odur ki, haqqımızda yayılan fikirlərin müəllifləri tərəfindən təkzib olunmasını gözləyirik. Biz siyasi partiya olsaq da yenə də islamçıyıq və Qurana əsaslanaraq Peyğəmbərimizdən nümunə götürür, imamların yolunu getməyə cəhd göstəririk”.

Ötən gün ruhanilər baş verən həbsləri pisləyən bəyanatla çıxış ediblər.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter