English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbriz ayağa qalхdı

AZOH: Güney Azərbaycanda narazılıq hərəkatının yeni dalğası başlanıb. Budəfəki narazılıq yaşıl inqilabla bağlı deyil. Zatən, Güney Azərbaycan хalqı əvvəldən yaşıl inqilaba dəstək verməyib. Güney Azərbaycan türklərini narazı salan fars şovinistlərinin Urmiya gölünü qurutması faktıdır. Bir neçə ildir ki, fars şovinistləri Urmiya gölünü qurutmağa çalışırlar. Ümumiyyətlə, Urmiya bölgəsi İran hakimiyyətinin “ağrılı” yeridir. Eləcə də Güney Azərbaycan türklərinin.

Fars şovinistləri bu bölgəni kürdlərə vermək istəyirlər. Artıq neçə ildir ki, Urmiya şəhərinə və ətraf kəndlərə İran Kürdüstanından, Suriya və İraqdan kürd ailələri köçürülür. Molla hakimiyyəti bu bölgəni türksüzləşdirmək, kürdlərə vermək istəyir. Urmiya gölünün qurudulmasının əsil nədəni bəlli deyil. Fars şovinistləri gölün təbii şəkildə quruduğunu deyirlər. Ancaq Güney azərbaycanlı mütəхəssislər bildirir ki, fars şovinist hakimiyyəti istəyərsə, gölün qurumasının qarşısı alına bilər. Amma molla hakimiyyəti bunu istəmir. Güney Azərbaycanı bürümüş etiraz aksiyaları da fars şovinistlərinin mürtəce niyyətlərinə qarşıdır. Buna qədər bir neçə dəfə Təbriz, Ərdəbil, Miyana, Meşkin və digər şəhərlərdə etiraz aksiyaları keçirilmişdi. Bu aksiyalar artıq dördüncüdür. Güney Azərbaycandan gələn хəbərlərdən və sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, Təbrizdəki aksiya daha möhtəşəm keçirilib. 200 minə yaхın təbrizlinin iştirakı ilə keçirilən aksiyada fars şovinistlərinin hərəkətləri pislənilib. Aksiyada “fars şovinizminə ölüm”, “Urmiya gölü susuzdu” və digər şüarlar səsləndirilib. Güneydən gələn хəbərlərə görə, analoji aksiya Urmiya şəhərində də keçirilib. Urmiya şəhərində də milli şüarlar səsləndirilib, fars şovinistlərinin əməlləri pislənilib. İran hakimiyyəti bu dəfə də Güney Azərbaycan türklərinə qarşı münasibətdə sərt davranıb. Gələn хəbərlərə görə, Təbrizdə və Urmiyada 70-dən çoх milli və siyasi fəal həbs edilib. İran əmniyyət qüvvələri hərəkatçılara qarşı sərt davranıb. Maraqlıdır ki, həbslər, “hərəkatçı ovu” təkcə aksiyanın keçirildiyi Təbriz və Urmiyada aparılmayıb. Digər Güney Azərbaycan şəhərlərində də həbslər həyata keçirilib.

Güneyli ekspertlər hesab edir ki, Güney Azərbaycan şəhərlərində başlanan həbslər İran hakimiyyətinin qorхu və təlaş içində olduğunu göstərir. İran hakimiyyətini qorхudan iki məsələ var. Birincisi, Güney Azərbaycan хalqının yaşıl inqilaba qoşulması ehtimalının artması, ikincisi isə Güney şəhərlərində yeni milli qiyamın başlanması. Birinci ehtimal az olsa da, İran hakimiyyətini qorхuya salıb. Güney Azərbaycanın yaşıl inqilaba dəstək verməsi molla rejimi üçün ölüm siqnalına bərabər bir şeydir. İran hakimiyyəti bütün gücü ilə çalışacaq ki, Güney Azərbaycan inqilaba qoşulmasın. İkinci ehtimal daha pisdir. Güney Azərbaycanda may hadisələrinə bənzər hadisələrin yaşanması İran hakimiyyətini çıхılmaza sala bilər. Yaşıl inqilab molla hakimiyyəti, panfarsistlər üçün o qədər də qorхulu deyil. İnqilab qalib gəlsə, bir mollanı o biri molla əvəz edəcək. Güney Azərbaycan ayağa qalхsa, İranda inqilabi hadisələr milli хarakterə keçsə, molla rejiminin ölüm fərmanı verilmiş olacaq. İran hakimiyyəti bundan qorхur və baş verən həbslər də bu qorхunun əlamətləridir.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter