English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Nazarbayevə 95,5 faiz

AZOH: Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəqəmlərə inansaq, aprelin 3-də keçirilmiş prezident seçkilərində səslərin 95,5 faizini 20 ildir ki, ölkəyə rəhbərlik edən Nursultan Nazarbayev qazanıb.

Komissiyanın rəqəmlərinə görə seçkidə yüksək fəallıq olub və seçicilərin 90 faizi səsvermə məntəqələrinə gedərək səs veriblər.

ATƏT-dən gəlmiş müşahidə missiyası seçkidə ciddi pozuntular olduğunu bildirib.

Onların ilkin rəyinə görə, "ölkədə əsl demokratik seçkilərin keçirilməsi üçün lazım olan islahatlar hələ ki həyata keçirilməyib".

Bu, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəyidir.

İlkin rəyə görə, "səsvermə bülletenlərində çoxlu sayda oxşar imzalar diqqət çəkib və bir sıra hallarda seçki qutularına topa şəkildə bülleten doldurulması halları müşahidə edilib".

ATƏT müşahidəçiləri qeyd edir ki, səslərin sayılması və səsvermə protokollarının tərtibi zamanı da şəffaflıq az olub və bir çox hallarda qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara əməl edilməyib.

İlkin rəydə deyilir ki, bunlar əsasən ötən seçkilərdə müşahidə edilmiş pozuntulardandır.

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları bürosundan gəlmiş müşahidə missiyasının rəhbəri

Daan Everts səsverməyə seçicilərin 90 faizinin gəlməsi fikrinə şübhəylə yanaşıb

Daan Everts"Bizi bir məsələ çox təəccübləndirdi: səsvermə günü ölkənin hər yerindən xəbərlər gəlirdi ki, insanlara səsverməyə getmələri üçün aşırı təzyiqlər edilir. Yəqin yüksək iştirak faizi də bununla bağlı ola bilər".

ATƏT seçkilərdə rəqabətsizliyə də diqqət çəkib.

Nazarbayevin 3 rəqibi vardı. Onların heç birinin cəmiyyətdə elə bir nüfuzu yox idi.

Hər üçü də açıq şəkildə Nazarbayevin siyasətini dəstəklədiklərini bildirmişdilər.

Onlardan biri - ekoloq Mels Eleusizov isə hətta jurnalistlərə deyib ki, Nazarbayevə səs verib.

Amma ATƏT-in tənqidlərini neytrallaşdırmağa cəhd üçün Qazaxıstan hakimiyyəti bəzi başqa müşahidəçilərin rəylərindən yararlana bilər.

Məsələn, MDB müşahidə missiyası bildirib ki, seçkilər demokratik keçib.

Missiyasının rəhbəri Sergey Lebedev deyib ki, bəzi xırda pozuntular seçkinin nəticələrinə təsir edə bilməz.

Müxalifət seçkiləri "oyun" adlandıraraq boykot edirdi.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter