English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKİYƏ ARGENTİNA MƏHKƏMƏSİNİN QƏRARINI QINAYIB

AZOH: Türkiyənin Xarici İşlər Nazirliyi Argentina məhkəməsinin "soyqırım" qərarını qınayıb.

XİN sözçüsü erməni kökənli bir Argentina vətəndaşı tərəfindən 2001-ci ildə qaldırılan iddia əsasında keçirilən və keçən həftə başa çatan məhkəmənin  "türk dövlətinin 1915-1923-cü illər arasında erməni xalqına qarşı soyqırım cinayəti törədib"  hökmü çıxarmasının əsəblə qarşılandığını bildirib.

Sözçü "Argentinada bir yerli məhkəmənin hüququn bəşəri prinsiplərini görməməzliyə vuraraq, beynəlxalq müqavilələri yox sayaraq və ya hüquqa zidd şəkildə şərh edərək qəbul etdiyi bu qeyri-ciddi qərarı qınayır və rədd edirik" deyib.

Nazirlik təmsilçisi bu cür addımların Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, türklərlə ermənilərin keçmişi birlikdə dəyərləndirmək və keçmişlə bağlı ədalətli yaddaş formalaşdırmaq sürətiylə aralarındakı dostluğu təkrar qurmaları istiqamətindəki səylərə xidmət etmədiyini vurğulayıb.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter