English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Avropa siyasətçiləri azərbaycanlı fəallara azadlıq tələb edir

AZOH: Almaniya, Fransa, Britaniya və digər Avropa siyasətçiləri Azərbaycanda həbs olunmuş gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının azadlığa buraxılması tələbilə ölkə prezidentinə müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycan Avropa Şurasınının üzvü olduğu üçün hökümət yalnız bu hüquqlara riayət etməyə yox, həm də onları fəal sürətdə qorumağa öhdəlik daşıyır.

Müraciətdə xatırladılır ki, 2011-ci ilin mart ayının 5-dən etibarən Harvard universitetitin yetirməsi Bəxtiyar Hacıyev və onun kimi digər gənc insanlar polisin təhlükəsizlik xidməti tərəfindən inandırıcı olmayan əsaslarla həbs edilmişlər.

"Məsələn, Hacıyev onun guya hərbi xidmətdən yayınmasına görə ittiham edilir. Lakin bunun əsl səbəbi həmin gənc insanların internet vasitəsilə etirazlara çağırışları olub" - deyilir sənəddə.

Siyasətçilər öz müraciətlərində deyirlər ki, gənclərin həbsdə saxlandıqları şəraitə dair məlumatlar müxtəlifdir: "Bu məlumatlar onların döyülməsindən, işgənclərə və güclü sürətdə həm ruhi, həm də fiziki təsirə məruz qalmalarından xəbər verir".

Avropa siyasətçiləri öz bəyanatlarını Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları tələblə bitirirlər: "Bu gənc insanları azad edin – dərhal və heç bir şərt qoymadan! Bu həbslər nəticəsində hüquqi dövlətçilik standartları pozulub və həmən insanların hüquqları qanunsuz olaraq məhdudlaşdırılıb".

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter