İRAN 4 MILYARD DOLLAR DƏYƏRINDƏKI NEFTIN PULUNU ALA BILMIR

AZOH: İranın neft nazirinin müavini Əhməd Qəlebani jurnalistlərə açıqlamasında ölkənin neft satışı müqabilində qida məhsulları alacağını təsdiqləyib.

BAO.AZ-ın məlumatına görə, Əhməd Qəlebani deyib ki, Qərbin İrana qoyduğu sanksiyalar səbəbindən xarici ölkələrə ixrac olunan 4 milyard dollar dəyərindəki neftin pulunu almaq mümkünsüzdür: “Hazırda satdığımız neftin müqabilində qida məhsulları və dava-dərmanın idxalı üçün şərait yaradılıb və bu haqda danışıqlar aparılır. Biz ölkə neftini satmaq üçün bundan əvvəl özəl sektora qoyduğumuz bütün məhdudiyyətləri ləğv etmişik. Lakin təəssüflər olsun ki, özəl sektor İran neftini ixrac edə bilməyib”.

Share/Save/Bookmark