ZƏNCAN ƏYALƏTINDƏ 17 MINƏ YAXIN PEYK ANTENASI YIĞIŞDIRILIB

AZOH: Güney Azərbaycanın zəncan əyalətində 1 il ərzində 16800 peyk antenası polis tərəfindən yığışdırılıb. Bu barədə Zəncan əyaləti polis qüvvələrinin əməliyyat komandanı məlumat verib.

BAO.AZ-ın məlumatına görə,İsmail İsmaili bir qrup komandan və məsul şəxlərlə keçirdiyi toplantıda peyk antenalarının yığışdırılmasına işarə edərək bildirib ki, şeytanpərəstliklə bağlı bir neçə materiallarda zəbt olunub.

Onun sözlərinə görə, təhlükəsizlik məsələləri ilə bağlı isə 57 tutuqlama olub.

Polis rəsmisi əlavə edib ki, internet istifadəçilərini kontrol etmək polis qüvvələrinin digər fəaliyyətlərindən biri olub.

Share/Save/Bookmark