ZEHTABINI ANARKƏn

 Professor Zehtabını tanımaq və tanımlamaq, sadəcə bir insanı tanımaq və tanımlamaq deyil.

Zehatabını tanımaq və tanımlamaq əslində bütün maddi və mənəvi varlığı yox edilmək istənilən, çirkin irqçı bir asimilasion siyasəti ilə qarşı- qarşıya dayanan və təhqirlərə uğrayan bir millətin, mücadiləsi ilə duruşunu da tanımaq və tanımlamaqdır.

Dok. Zehtabini tanımaq üçün, çeşitli yönlər və çeşitli yöntəmlərdən yaralanmaq olar. Dok. Zehtabını daha düzgün tanımaq üçün doktorun mücadilə şəkli və əyləmsəliğindən yola çıxaraq onu tanımlamaq, bu yöntəmlərdən biri ola bilər. Həmin bu axtarış da isə dok. Zehtabını yenidən bulmaqla bərabər (kəşf etmə) özümüzüdə millət olaraq görə bilərik. Çünkü doktorun timsalında yenilməmiş (tam yenilməmiş), dirənci sındırılmamış və şovnizmə hə (hən) deməmiş bir milləti də görə bilirik.

Doktorun yaşam hekayəsi əslində bir millətin yaşam hekayəsidir.

Doktorun yaşam hekayəsi. İlkin insani haqların əldə edilməsi, özünü yönətmək və dünya ulusları arasında haq etdiyi yeri ala bilmək üçün mücadilə edən bir millətin hekayəsidir.

Və bu haq istəklərin yolunda öldürülən, sürgün eildən, düstaq edilən bir millətin hekayəsidir…. Haq istəyi uğrunda gənc yaşlardan belə ayaqlanma, həmin ayaqlanma üçün sürgünlərdə yaşamaq məcburiyyətində olma, dustaqlar və zorla çalışma düşərgələri və nəhayət vəhşicəsinə öldürülmə…!!!

Bu sadəcə olaraq doktorun həyat hekayəsi hesab edilməz Milyonlarca azərbaycan türkünün həyatının yoludur…!!! Sürgünlük diyarı istərsə Tehran olsun, yaxud da hər hansı bir fars bölgəsi istərsə də Bakı…!!! (əski sovetlər birliyi və hətta hazır ki dövrümüzün Bakısı...) İran içərisində yaşanan sürgünlük könüllü görünsə belə azərbaycanlını haq istəyindən geri döndərmək üçün uyğulanan politikaların sonucu olduğunun izahına belə ehtiyac duyulmur.

Göründüyü kimi, doktorun yaşamını izləməklə, bizlər bir savaşı, bir haq alma savaşının, bir eşitlik savaşının başalanışı, daima yenilənməsini və həmin yenilənmiş savaşın küllərindən təkrar doğuşunun necəliyini aydınca görə bilirik…!!! 

Bu insanın yaşamını izləməklə təkrar doğuşun necəliyini və hansı aşamalardan geçəcəyini görməmək mümkün deyil.

Doctor yaşadığı təcrübələrlə denəyimlərə dayanaraq istər İran istər doğu ölkələrinin çoxunda toplumsal dəyişımlər və devrimlərdə başarısızlıqların təməlində ölkə aydınlarının və devrimcilərinin yaşadıqları toplumun gerçəklərindən uzaq olmalarında arayırdı və toplumsal haq bilincinin yoxluğuna bağlayırdı, yəni insanlar haqlarını tanımazlar. Insanların haqlarını din və siyasal gücü əlində tutanlar tanımlarlar. Bu haq ürətimi hər gün güc mərkəzinin orqanik aydını, din adamı olanlar aracılığı ilə yenidən ürətilir… (təkrarən doğulur)

Başqa bir yöndən bu ölkələrdə aydın və burokratların tasarladıqları (planladıqları) toplum ülgüləri (modelləri) ya batıdan yarım – yamalaq bir təqlid yaxud da qopuq içə qapalı bir toplum ülgüsüdür. Yanı toplumun gerçəkliklərindən  üzaq taslaqlar. Doktor bunlardan yola çıxaraq evrənsəliklə yerləliyi (məhəlli) qaynaşdıra bilən, teorik bilgiləri yaşadığı məkanla uyğunlaşdıra bilən bir ziyalı tipini aydını savunmaqdaydı…

O bu bilincin ana kökünü DİL və TARİX bilinci olaraq görürdü.

Qeyd edilənləri nəzərə almaqla bərabər doktoru sadəcə olaraq bir dilçi yaxud da bir tarixçi kimi xarakterizə etmək, çərçivələndirməkdə yanlış olur. O dilçilik və tarixçiliklə yanaşı ÖZ TOPLUMUNUN GERÇƏK BİR AYDINIDI…

Aydın hər zaman sadəcə olaraq bir addım kütlədən öndə hərəkət etməlidir, çünkü hərəkətlərində təcil edənləri kütlə başa düşməyə bilir deyən Zehtabi özüdə hər zaman belə bir cizgiyi izləmişdir. Nə kütlədən onlarca kilometer öndə qaçan, kütlədən xəbərsiz və qopuq, nə də kütlənin kütləsində boğulan bir aydın…

Doktorun yaşam hekayəsi gerçək bir qəhrəmanlıq hekayəsidi. Azərbaycan democrat firqəsinin gənclər qolunda fəaliyyətə başladığı gündən öldürüldyünə qədər.

Zehtabi yaşının irəliləmiş çağlarında belə saatlarca avtobuslarda o şəhərdən bu şəhərə o kənddən bu kəndə gedərək insanları aydınlatmaq və bilgiləndirmək üçün heç yorulmadan, usanmadan fiziki ömrünün sonuna qədər çalışdı. Yorulmadan, iddiasız və doğru yöntəm ilə çalışma sonucu, GƏLİŞDİRDİYİ ALTERNATİV ÖYRƏTİM SİZTEMİNİ VƏ ALTERNATİV UNİVERSİTƏSİNİ GÜNEY AZƏRBAYCANIN HƏR YERİNƏ YAYDI…

Doktor zehtabının bu qədər inanılmaz başarılarını sağlayan (mümkün qılan) onun bilimsəl yetənəyinin (istedad) yanında hər zaman başqalarının görüşünü dinləyən, önəmsəyən, dəyərləndirən, özünü və öz düşüncələrini sorğulaya bilən, gözdən keçirə bilən biri olmasından qaynaqlanırdı. Bununla bərabər doktorun öz əlişdiri (özünü tənqid etmə), öz dünyasını yeniliyə bilmək cəsarəti və çalışqanlığı gerçəkdən inanılmaz bir səviyədəydi.

Onun özün əlşdirmədə ki cəsarəti o qədər çoxidi ki, onun bəzi dostlari belə Zehtabının özünü belə yüksək səs ilə ələşdirməsini qaldıra bilmirdilər…

Doktor ən kəskin və ən etgin mücadilə silahını müarifçilik olaraq görürdü.

Çünkü müarifçiliklə donatılmış ( mücəhiz olmuş) bilincli yurddaşlardan oluşan bir ölkəd, toplumsal, siyasal və digər sahələrdə ki qurum və quruluşlarıın özəlliklə devlət qurumlarının bütün əməlləri danışılıb – dartışılıb mübahisə və tənqid edilir və beləliklə  toplumda hər tip somuru (İstismar), ayrımçılıq ortaya çıxır və insanlar qeyri demokratik ülqülar və qurumları rahatlıqla tanıyıb qarşı qoyma imkanına sahib olurlar və yaxud qarşı qoya bilirlər. yəni saydam ( Şəffaf) bir toplumun ortaya çıxma imkanı yüksək olur…

Hər devlət siyasal, ekonomik, sosyal və kültürəl ülgülərin birləşməsindən doğmaqdadır. Hər devlət bu ülqüları bəlli bir ideolojik söyləmə ( Goftman) dayanaraq yaratmışdır yaxud da yaratmaqdadır. Siyasal sistemə yönəlik bütün tənqid, önəri və müxalifət kanallarının bağlı (qapalı) olduğu İran kimi toplumlarda devlətin rəsmi söyləmi (farsçılıq və fars şiəçılığı) dışında ki söyləmləri siyasal söyləm və istəklə dilləndirmək hardasa imkansızdır. Belə bir vəziyyətdədir ki müarifçilik hərəkətləri rəsmi öyrətiyə (amuzeş) rəsmi ideolojiyə qarşı bir alternativ öyrəti yaratmaq üçün bir yol – yöndəm olaraq önəm qazanılır.

Zehtabi bunu açıq görə bilən az sayda olan aydınlardan biridir. Elə ona görə də bütün gücünü aydınlatma və müarifçiliyə qoymaqdaydı.

Dok. Zehtabi kimsizləşdirilmək istənilən, yox edilmək istənilən, insan yığını (İnsan sürüsü) halına gətirilmək istənilən və hoviyyətsizləşdirilmək istənilən bir millətin aydını olduğunu açıqca dərk etmişdir. Elə buna görə də bütün əsərlərində bütün çalışmalarında ağırlığı HOVİYYƏT məsələsinə verməkdəydi. O bu hoviyyətsizləşdirilməyə qarşı müarifçiliyi ən etgin qarşı qoyma ülqüsü olaraq önəmsəməkdəydi. Millətin hoviyyətini öz mənliyini qazanmaq və inkişaf etdirmək üçün kültürəl və sosyal çalışmalara ağırlıq verirdi. O bilirdi ki bireysəl (fərdi) mənliyin ən önəmli öge və ünsürlərindən biri dil və ulusal bilincdir.

O bilirdi ki mənliyindən yoxsun buraxilan, mənliyi başqalaşan insan diktatorların maşası və ideolojilərin sorğulamayan əsgəri olacaqdır.

Ona görə də Zehatbi aydınlanmanın ilk addımını dil və tarix bilincində görürdü. Çünkü dil və tarix bir ideolojik söyləmin iki önəmli qaynağı, təməli və sonucudur. Farsların bizə dayamaq istədikləri dil və tarix farsçılıq və şiəçilikdir. Farsçılıq , iran şiəçılığı və irançılığın var olan rəsmi dilin və rəsmi tarixin təməli , qaynağı və sonucudur. Məncə bunu ən dərin anlayan aydınlardan biri Zehtabidir.

Bu iki araca yanı rəsmi dil və rəsmi tarix var olan sömür ilişgisini hər gün yenidən ürətər. bu iki araca dayanaraq rəsmi məzhəb də hər gün və hər tarixi dönəmdə bu sömürü ilişgisinin davamı üçün yeni şəkil alar. Rəsmi dil, rəsmi tarix və rəsmi məzhəb bütün alanları özəlliklə rəsmi alanları işğal edərək totalitar bir sistemə doğru yol alar. Bu totalitar sistem o qədər güc qazanar ki toplumsal bir ağıl tutlmasına yol açar. Burdadır ki rəsmi söyləmin dışında qalmayı başaran və bu ağıl tutlması xəstəliyinə yoluxanmayanlar toplumun bu xəstəliyini xatırlama da önəm qazanarlar. Beləliklə də müarifçilik hərəkətləri inanılmazı başararlar. Burdadır ki müarifçilik hərəkətləri ən etkin mücadilə silahına çevrilə bilərlər.

Çünkü müarifçilik, sivil toplumun (Cameye mədəni) qurulmasında ən önəmli aracdır. Sivil toplum və sivil toplum quruluşlarını qura bilməmiş, kütlələrini bilincli halə gətirə bilməmiş bir toplumda, toplumsal dəyişmədən, devrimdən söz edilə bilməz. belənçi bir toplumda artıq dəyişim və devrimdən deyil, şureşdən söz etmək mümkündür. Şureş isə zorbalığa ( xoşunətə) dayandığı üçün onun doğuracağı və gətirəcəyi sistemdə xoşunəti (zorbalığı) içərəcəkdir.

Beləliklə bir zorbalıq döngüsü  oluşacaqdır. Belənçi bir toplumdan heç bir zaman barıt və qan qoxusu əskik olmayacaqdır. Bütün dəyişimlər intiqam və düşmanlıq döngüsünü (çərxe – tsikl) yenidən ürətəcəkdir.

Məncə dok. Zehtabının ən möhtəşəm və eyni zamanda inanılmaz dərəcə də etkin olan şah əsəri gecə gündüzünü qataraq yaratdığı ALTERNATİV ÖYRƏTİM VƏ ALTERNATİV UNİVERSİTƏLƏRDƏ aramaq lazimdir. Kimsə inana bilməzdir ki o, evlərdə iş yerlərində beş – altı gənci yığıb dil və tarix eğitimi verərək İranın o basqı və irqçı rejiminə qarşı ən etkin mücadilə şəklini formalaşdırsın. Ancaq onun qurduğu ALTERNATİV EĞİTİM VƏ ALTERNATİV UNİVERSİTƏSİ gedərək yayıldı və öz sonuclarını da doğurdu. Onun bu təməlli çalışmaları və ortaya qoyduğu yöntəm Azərbaycan Milli Hərəkatının təməllərini sağlam yerə basmasında və Milli Hərəkat üçün demokratik anlayışlı milli kadrolar yetirmişməkdə ki əhəmmiyətini gün getdikcə daha yaxşı görmək olur.

Dilini, tarixini, kültürünü öyrənməsi, yenidən ürətməsi (baztolid) yasaqlanmış, hər şey saxtarılmış, bütün mənəvi varlığı irənməli elan edilmiş bir millətin, şovnizmlə kirlənmiş, mırdarlanmış rəsmi eğitim sisteminə qarşı dərs kilasları Azərbaycan üçün bir oyanış hesab edilir. bu ALTERNATİV UNİVERSİTƏ VƏ EYİTİM SİSTEMİ vəhşi fars şovnizmə qarşı bir mədəni və bilinc dirənişidi.

Öz cəhalət və çirkin irqçılığında boğulmuş və o torpaqlarda yaşayanları bu cəhalətin maşası və beyni boş əsgərləri yapmaq istəyən fars irqçılığına qarşı atılan bu təməl, bu gün bam- başqa bir nöqtədədirsə əgər, şübhəsiz ki Zehtabinin payı danılmaz və göz yumulmazdır.

Doktor eşsiz (taysiz, bənzəri olmayan) cəsarəti ilə yanlış tanımlanan, biçimləndirilən və şovnizmin bilim donu geydirdiyi İranda ki tarix teorisinə və anlayışına ilk hücum edənlərdən və sorğulayanlardan idi.

Zehtabi vəhy ayələri kimi qəbul edilən bu tarix teorisinin nə qədər içi boş təməllərə dayandığını isbat etmək ilə razılaşmayıb İran tarix anlayışının yenidən sorğulanması üçün bir yol açdı.

Zehtabinin dil dərsi sadəcə olaraq bir dili teknik olaraq öyrətmək deyildi. Onun dil kılaslarında outran hər öyrənci istər – istəməz türk dilinin ədəbi varlığı ilə, tarixi sürəci ilə və millətin yaşadığı tarixi sürəc ilə tanış olurdu.

ədabiyyat dünyası farsca yazar, Hafiz, Sədi, …bəlki də bir neçə yabançı şair və yazardan uluşan bir mühitdə Güney Azərbaycan gənci onun dil kilaslarında oturaraq Dədə Qorqut, Qutdğu Bilik, Nazim Hikmət, Nəbati, Gəncəli Səbahi, Səhənd və … ilə tanışaraq dünyasını genişləndirirdi.

O bilirdi ki Güney Azərbaycan türklərinin haqlı mücadiləsi ancaq bilinc ilə qazanılacaq. O ƏN BÖYÜK SİYASƏTİ DİL VƏ TARİXİMİZİ ÖYRƏNMƏK VƏ ÖYRƏTMƏKDƏ GÖRÜRDÜ və məncə bu yöntəm güncəlliyini hələ də qorumaqdadır.

O böyük öyrətməni hər zaman sayğı ilə anmaqda qurur duymuşam və duyacağam.

Bu yazını 2008-ci ildə İsatnbulda yazmışdım 2013-də yenidən gözdən geçirərək paylaşma gərəyini duydum.

Yazını Arab alfabesindən Latin alfabesinə çevirən və eynə zamanda Azərbaycan ədəbi Türkçəsinə çevirən Sayin Perviz Ahmadzade beyə sonsuz teşekürlərimi bildirmək istərim.

Umud Evren

2013

Den Haag (Lahe)

Share/Save/Bookmark