İRAN: PREZIDENTLIYƏ YEGANƏ ISLAHATÇI NAMIZƏD GERI ÇƏKILIB

AZOH: İranda cümə günü keçiriləcək seçkilərdə iştirak edən yeganə islahatçı namizəd, Məhəmməd Rza Arif namizədliyini geri götürüb.hesen-ruhani

Saytında dərc olunan bəyanatda cənab Arif deyib ki, o, bunu islahatçı hərəkatın başçısı Məhəmməd Xətaminin xahişilə edib.

Son zamanlar çağırışlar olub ki, cənab Arif daha mötədil namizəd olan Həsən Ruhani lehinə geri çəkilsin.

Məhəmməd Rza Arif cənab Ruhanini açıq-aşkar təsdiq etməyib. Seçkilərdə iştirak edən qalan altı namizəd Ali Rəhbər Ayətulla Əli Xameneyiyə yaxındır.

Mühafizəkar namizəd Ğoləm Əli Həddad Adil isə namizədliyini bazar ertəsi geri çəkərək xalqı mühafizəkar namizədə səs verməyə çağırıb.

Ayətulla Xameneyiyə tamamilə sadiq bir namizəd kimi görünən cənab Adil sorğularda geridə idi. Onun geri çəkilməsinin seçkilərin nəticələrinə təsir etməsi gözlənilmir.

Cənab Arif keçmişdə seçkilərdə iştirak etməyə meyilsizlik göstərib. O demişdi ki, cənab Xətami 2013-cü il seçkilərində namizədliyini irəli sürsə o, geri çəkiləcək.

"Cənab Xətaminin açıq mövqeyini və keçən iki seçkinin təcrübəsini nəzərə alaraq, mən seçki kampaniyasından geri çəkildiyimi bəyan edirəm", o deyib

AZERTIMES.COM

Share/Save/Bookmark