Güney Azərbaycan Demokrat partiyasının(GADP) yeni təxribatlar dalğası ilə ilgili açıqlaması

Bildiyimiz üzərə Güney Azərbaycan milli hərəkatının ilərləyən bu 20 illik sürəcində olduqca ağır və sancılı dönəmlər keçirsəkdə zaman zaman böyük başarılar əldə etmişik. Son dönəmdə hamımızda yaxından təqib etdiyi üzərə Yeni GAMOH 5 MK üzvünün tutuqlanması və toplam 45 il həpsə məhkum edilmələri və ardından bu 5 öndərimizin bu haqsızlığa etiraz olaraq başlatdıqları 28 günlük aclıq aksiyasına bir çox təşkilatlarımızın, uluslararası partiyalar, dərnəklər və milli fəallarımızın dəstəyi sayəsində, həm təşkilat(Yeni GAMOH), həmdə hərəkət oalraq ciddi başarılar əldə edilmişdir.

Təbiki bu başarılar bizləri sevindirsədə iran faşist rejiminin yetkilərini ciddi sıxıntılar məruz qoyaraq bu başarılara kölgə düşürəbilmək üçün bir sıra çirkin addımlara əl atmaq zorunda buraxmışdır. Xatılarısınız ki milli hərəkətimiz nə zaman ki doğru addımlar atırsa bu kimi təxriblər ardından başlamaqdadır.

Həm GADP oalraq, həmdə milli fəallar olaraq illərdir bu təxriblərə məruz qalsaqda son dönəmdə hərəkət olaraq əldə edilen başarılar sonucu bu texriblərdə dərinləşərək Azərbaycan medyasında da yer almışdır maləsef.

Öncələr yazılan bu təxriblər mail qrublara özəl olaraq göndərilən və ardından veb sayt olaraq(Bir söz) və son günlərdədə iran sınırları içərisində “Tərhe no” (yeni görüntü) adı ilə həftəlik gazete oalraq nəşr olunan(Sepah-Devrim muhafizlərinin yeni projəsi) çirkin təxriblərin ilk bölümü partiyamızın sözçüsü olan sayın Mahmud bəy BİLGİN haqda ağla sığmayan iftira və şantajlara yer verilmişdir. Nə yazıqki adı geçən gazete və saytlarda yayılan yazıların hardasa birə bir tərcümesi Azərbaycan medyasınada “Əkrəm Qoşaçaylı” adlı sözdə bir journalist adı ilə “adalet.az” xəbər saytında yayınlanmışdır və nə yazıq ki sözdə bu jurnalistdə şantaj projəsinin bir parçası olmuşdur.

Halhazırda həpsdə olan 5 milli qəhramanımızın tutqlama və ardından başlatdıqları aclıq aksiyası dönəmində bizdə GADP olaraq digər təşkilatlar və milli fəallarımızın yanı sıra önəmli fəaliyətlər və əyləmlərə əl ataraq bu liderlərimizin səslərini dünyaya duyurmaqda önəmli rolumuz olmuşdur və təşkilat oalraq bu fəaliyətlərin bir çoxunuda sözçümüz sayın Mahmud bəy BİLGİN üstələnmişdir və Avrupada bir çox millət vəkilləri və insan haqları komisyonları üzvləri ilə görüşlər keçirərək, mitinglər düzənləyərək, quzey Azərbaycanda mətbuat konfransalrı, Azərbaycan millət vəkilləri ilə görüşlər və s... birə bir iştirak etdikləri üçün bu çirkin təxriblərə məruz qalmışdır.

Biz GADP oalraq bu çirkin şantajları şiddətlə qınayaraq bildirirk ki illər boyu olduğu kimi bu şantajlarınıza boyun əyməyəcəyik və hər zaman olduğu kimi atılan bu palçıq(çamurlar) öz əl-üzünüzə bulaşacaqdır.

Eyni zamanda dəyərli milli fəallarımız və digər təşkilatlarımızdanda bu yeni başladılan təxriblər haqda duyarlı olmlarını gözləyirik, çünkü bu təxriblər ilk olmadığı kimi, sadəcə bir şəxsə qarşı da dəyildir və təxmin edirirk ki bu yeni şantaj projesini böyüdərək digər dəyərli milli fəallarımızıda nişan alacaqlar və əsas məqsədləri “Birliyimizə” saldıraraq hərkətə zərbə vurmaya çalışacaqlar.

.............................................................................................................

Sözdə bu jurnalistin qələmə aldığı şantajnamənin qaynağınını diqqtinizə sunuruq : http://gadp.se/fa/index.php/2012-09-19-21-21-24/2012-09-19-21-23-13/418-2013-08-10-22-50-56

Eyni zamanda qeyd etməliyik ki nəşr olan bu qeyri əxlaqi və xəbərcilik prinsiblərindən uzaq bu yaziya görə həm bu sözdə jurnalist həmdə yazarı olduğu veb səyfə haqda hiquqi addımlar yaxın günlərdə atılacaqdır.

GADP Mətbuat sorumlusu: Hadi MOUSAVİ

22.08.2013

Share/Save/Bookmark