Təbrizlilər Bələdiyyə Muzeyinin boşaldılmasına etiraz edir

Təbriz Bələdiyyə muzeyinin boşaldılıb binasının yeni seçilmiş İslami Şəhər Şurası üzvlərinin istifadəsinə ayrılması ilə bağlı qərar şəhər sakinlərinin etirazlarına səbəb olub.tebriz-muzey

80-dən artıq təbrizli sənətkar, yazar və universitet müəllimi açıq məktub yazaraq şəhər şurasının qərarını qınayaraq, onu qeyri-mədəni bir addım kimi qiymətləndirib.

Etiraz məktubunu imzalayan 80-dən artıq rəssam, aktyor, rejissor, şair, musiqiçi, bəstəkar və alimin adı İranın xəbər agentlikləri tərəfindən açıqlanıb. Məktubda məsul qurumlar və şəhər şurası üzvlərindən Təbriz şəhərinin mədəni irsinin qorunması məqsədilə muzeydən çıxarılan əşyaların binaya geri qaytarılması tələb edilib.

Verilən məlumata istinadən Təbrizin şəhər şurası üzvlərinin sayı 11-dən 21-ə çatdırılaraq artırıldığı üçün onların muzeyin binasında yerləşdirilməsi haqda qərar verilib.

Muzey 2007-ci ildə İran tarixində ilk bələdiyyə olan Təbriz bələdiyyəsinin 100-cü ildönümü münasibəti ilə Təbriz Bələdiyyə Sarayının zirzəmisində təsis edilmişdi.

Share/Save/Bookmark