Azərbaycanlı körpənin meyiti Təbrizdə pula görə girov qalıb

Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında müalicə olunan 1 yaşlı azərbaycanlı körpə Kazım Məmmədəli dünən səhər saatlarında vəfat edib.tabriz

Bu barədə “Azadlıq”a məlumat verən körpənin atası Nazir Məmmədəli bildirib ki, 50 gündür, Təbriz şəhərindədilər: “Xəstəxana rəsmiləri bizdən 8 min manat tələb edir. Pasportlarımızı da əlimizdən alıblar. Deyirlər ki, pulu ödəyin, sonra meyiti götürün. Biz bu barədə konsulluğa da müraciət etmişik. Onların cavabı bu oldu ki, bazar ertəsi iş günüdür. Həmin gün konsulluğa gələk”.

Share/Save/Bookmark