“Hər şey İrandan asılıdır”

ABŞ dövlət katibi Con Kerri jurnalistlərlə görüşündə İranın nüvə probleminin həllindən və bu ölkəyə qarşı sanksiyalardan kerridanışıb.

“Media forum” saytının məlumatına görə, Con Kerri qeyd edib ki, İran prezidenti Həsən Ruhaninin dediyi kimi, bu ölkənin nüvə probleminin 3 və ya 6 ay müddətində həlli mümkündür: “Bu məsələ hətta daha qısa bir vaxtda da həll edilə bilər. Baxır İran problemin çözülməsində nə qədər sədaqət və şəffaflıq göstərəcək. Lakin mən həm də təkidlə bildirirəm ki, İran nüvə təsisatlarının qapılarını BMT ekspertlərinin üzünə açmayana qədər sanksiyalar ləğv edilməyəcək.

Əgər İranın nüvə proqramı dinc xarakter daşıyarsa, dünya birliyi bunu biləcək. Məhz buna əmin olduqdan sonra İranla ABŞ-ın münasibətləri yaxşılaşmağa doğru gedəcək. Belə bir dəyişiklik tez bir zamanda baş verə bilər. Hər şey İrandan asılıdır”.

Share/Save/Bookmark