Qoşaçayda Cəlal Kudərilu ETTELAAT İdarəsinə çağırılıb

Azərbaycanlı milli-mədəni fəal Cəlal Kudərilu Qoşaçayda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə çağırılıb.

Fəal rejimin ETTELAAT İdarəsində bir neçə saat sorğu-sulala tutulub. ETTELAAT İdarəsində Təhsil Nazirliyinin müəllimi olan fəalı təhdid edib və bildiriblər ki, əgər fəaliyyətlərinə davam etsə, ölkənin ən ucqar nöqtələrinə sürgün ediləcək və ya işdən çıxarılacaq.

“Azoh”un  yaydığı məlumata görə, Sorğu-sualdan bir gün sonra ETTELAAT İdarəsindən Cəlal Kudərilu ilə telefon əlaqəsi saxlayıb və onu əyalətin ETTELAAT İdarəsinə çağırıblar. Bu dəfə onu təhdid edərək bildiriblər ki, əgər ETTELAAT İdarəsinə gəlməzsə tutuqlanacaq.

http://www.daim.az/view.php?lang=az&menu=37&id=23215

Share/Save/Bookmark