Təbrizdə 9 nəfər edam edilib

Bakı. Real Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində 9 nəfər edam edilib.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, məhbuslardan 6-sı qətldə günahlandırılaraq Təbriz şəhərinin mərkəzi həbsxanasının 9-cu bəndində, üçü isə narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə digər bəndlərdə dara çəkilib.

Onların ad və soyadları açıqlanmayıb. Edamlar ötən həftə icra edilsə də, bu barədə heç bir rəsmi mətbu orqan xəbər dərc etməyib.

Share/Save/Bookmark