İran səfirliyinin əməkdaşı Azərbaycandan çıxarılıb

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə Noyabrın 24-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb.iran-sefirlik

Trend agentliyinin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.

Bununla bağlı Azərbaycan Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.

Share/Save/Bookmark