Urmiyada keçirilən aksiyada onlarla fəal tutulub

Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri Urmiyada oktyabrın 16-da keçirilən aksiyada onlarla fəal tutulub.ali_kerimi

“Media forum” saytının məlumatına görə, urmiyalı fəallar Qərbi Azərbaycan əyalətində kürd terrorizminin fəaliyyətinin güclənməsinə və hökumətin buna laqeyd münasibətinə etiraz ediblər. “Azərbaycan yatmayıb, öz kimliyin satmayıb”, “Yaşa, yaşa Azərbaycan, çox yaşa”, “PKK-ya ölüm”, “Pejak”a ölüm” və digər şüarlar səsləndirən aksiyaçılarla şəhərin bir neçə məntəqəsində yaranan qarşıdurmada onlarla dinc fəal tutularaq bilinməz istiqamətə aparılıb.

Tutulanlar arasında azərbaycanlı dinc fəal Əta Kərimi də var. Hökumət məmurları Əta Kərimini şəhərin mərkəzi küçələrinin birində tutub döyəndən sonra maşına mindirib aparıblar.

Share/Save/Bookmark