Güney Azərbaycan Fəryadı -Mahmud Naci Timsalinda

Zəka Sahib

Haqqında danışacağımız 32 yaşlı bir hüquq müdafiəçisidir. Lakin tale elə gətirib ki,indi onun hüquqlarını müdafiə etmək lazimdır .İran adlı həbsxanadan Quzey Azərbaycana sığınmış Mahmud bəy ölkə prezidentindən imdad diləyir, Hüquq müdafiəçisinin bu imdadını nə hüquq müdafiəçiləri, nə Güney Azərbaycanla bağlı gündəmi tutan siyasət adamları, nə də sosial şəbəkədə demokratiya, insan haqları, deyə hayqiran təşkilat rəhbərləri eşidir .Ən azından mediada çox zəif olsada yayimlanıb -bunu belə görmürlər. Demək insanlarda mənəvi karlıq və korluq var, Mahmud Naci Qərb üçün önəmli deyil-Azərbaycanlıdır,Türkdür deyə, nə də onun vasitəsi ilə hakimiyyətə gəlmək olmur deyə daxildəki siyasi qüvvələr lazımi diqqəti göstərmir.Əks halda dərhal hərəkətə keçərdilər. Məsələn Batumidə bir-birinə barrikada qurmuş hüquq cəfakeşləri Mahmud Nacidən nə üçün söhbət açmır ? Bu qədər fərqli yanaşma, ögey münasibət bəsləməklə iqtidarı təqlid edirlər. Yadigar Sadiqli həbsdə olduğu halda Güneyli həmyerlisinə kömək etmək üçün imkanlarını səfərbər edir, Bunu azadlıqda olanlar daha rahat şəkildə edə bilərlər. İqtidari başa düşürəm bu mövzu onlar üçün önəmli deyil, bu işdə para yoxdu.Lakin unutmasinlar ki, mərdİ namərədə təslim etməklə, öz millətini başqasına verməklə tarixin məhkəməsindən yaxa qurtara bilməyəcəklər,Daim təzyiq altında olan,təqib olunan müxalifət bu məsələnin həlinə çalışmalıdır. Hətta Bütöv Azərbaycandan danişan millət vəkillərimiz var, onlar ki, bunu dıilə gətirə bilər. Təkcə strategiyadan danişmaqla iş həll olmur .Mühacirət parlamenti yaratmaqda, dövlətçilikdən danişmaq Bütöv Azərbaycanı tam əhatə etmir, mübariz insanları qorumaq lazimdi. .Ara-sıra Cümhuriyyət deyənlərdə var- Onların da Mahmud Naci fəryadını eşitməsini arzu edirəm. Dahi Elçibəyin bir sözü var, -Vətən sevgisi torpağa deyil, torpaq üstündəki insanlara olan sevgidir. Tanrı insanımıza mandat və vəzifə arxasınca qaçmağı deyil, insanlıq uğrunda savaşmağı nəsib etsin. Sizdən xahiş edirəm ki, Güneyli qardaşımıza dəstək olaq. O bizdən yaşaması üçün kömək istəyir, Onun imdad səsini hər kəs eşitməlidir.ilk növbədə isə DÖVLƏT BAŞÇISI.Hüquq müdafiyəçimizin səsinin eşidilməsi üçün gəlin ONUN ÇAĞIRIŞINI İCTİMAYİLƏŞDİRƏK.

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurası üzvü Zəka Sahib

http://teleqraf.az/index.php/koshe/4277-feryad.html

Share/Save/Bookmark