DiKapriodan Urmiyə gölünə dəstək

Aktyor Leonardo DiKaprio İran Azərbaycanında Urmiyə gölünün quruması haqda İnstaqram veb səhifəsində yazıb.

Gölün qurumasından narahat olan DiKaprio ekoloji böhranı dünya ictimaiyyətinin diqqətinə çatdırıb. O, mesajında gölün qurumasının qarşısını almaq üçün heç bir tədbirin görülmədiyinə işarə edib.

“Bir zamanlar bu göl Yaxın Şərqdə ən böyük duzlu göl idi. Amma indi iqlim dəyişikliyi, bənd təmiri və çöküntü səbəbindən göldə suyun cəmi beş faizi qalmaqdadır”- deyə Dikaprio bildirib.

Leonardo DiKaprio qurumaqda olan Urmiyə gölündə limanın qalıqlarının qaldığını deyib.

Share/Save/Bookmark