ERMƏNİSTANDA MÜXALİFƏT MİTİNQ KEÇİRİB

AZOH: Ermənistanda müxalifət yenidən küçəyə çıxıb.

Ermənistan Milli Konqresinin paytaxt İrəvanda keçirdiyi etiraz aksiyasına minlərlə insan qatılıb.  Polis öncə insanların Azadlıq meydanına girməsinə mane olmağa çalışıb. Ancaq uzun sürən qarşıdurmadan sonra müxalifət polis səddini aşaraq meydana girməyi bacarıb.

On minə yaxın insanın iştirak etdiyi mitinqdə çıxış edən keçmiş prezident Levon Ter-Petrosyan siyasi məhbusların azad edilməsini, 1 mart olaylarının günahkarlarının tapılıb cəzalandırılmasını və Azadlıq meydanının mitinqlərə açılmasını istəyib.

Petrosyan tələblərinin yerinə yetirilməsi üçün iqtidara aprelin 28-dək vaxt verdiklərini bildirib.

TRT

Share/Save/Bookmark