LİVİYA MÜXALİFƏTİ AFRİKA BİRLİYİNİN SÜLH PLANINI QƏBUL ETMƏYİB

AZOH: Liviya müxalifəti Afrika Birliyinin hazırladığı yol xəritəsini qəbul etməyib.

Müxalifət sözçüsü Qəddafi və oğullarının iqtidarda qalmasını nəzərdə tutan heç bir sülh planını qəbul etməyəcəklərini söyləyib.

Müxalifət atəşkəsi də yalnız Qəddafiyə bağlı qüvvələr şəhərlərdən çəkiləcəyi və kazarmalarına dönəcəyi təqdirdə qəbul edə biləcəyini bəyan edib.

İngiltərənin "The Guardian" qəzeti isə baş nazir Rəcəb Tayyib Ərdoğanın keçən həftə açıqladığı yol xəritəsini dəstəkləyən bir yazı dərc edib. Yazıda Türkiyənin vasitəçilik təklifinin səlahiyyətsiz də olsa iqtidarda qalmağı qarşısına məqsəd qoyan Qəddafi ailəsi üçün dərhal rədd edilə biləcək təklif olmadığı bildirilib.

TRT

Share/Save/Bookmark