YAPONİYADA YENƏ ZƏLZƏLƏ OLUB

AZOH: Yaponiyada yenə zəlzələ olub.

7,1 bal gücündəki yeraltı təkanlar nüvə fəlakətinin yaşandığı Fukuşima bölgəsində daha çox hiss edilib.

Zəlzələnin episentrinin Daiçi Atom Elektrik Stansiyası yaxınlığındakı İvaki şəhəri yaxınlığında olduğu bildirilib. Zəlzələdən sonra stansiyada qəza vəziyyətində olan 3 reaktora verilən elektrik enerjisi kəsilib. Soyutma işlərinə bir müddət ara verilib, sonra yenidən başlayıb. Bölgədə verilən sunami həyəcan siqnalı da ləğv edilib.

TRT

Share/Save/Bookmark