AZƏRBAYCAN İQTİDARI BƏZİ SƏFİRLİKLƏRİN MİTİNQLƏRİ DƏSTƏKLƏDİYİNİ İDDİA EDİR

AZOH: Azərbaycan iqtidarı Avropa səfirlərinin ölkədəki vəziyyətlə bağlı mövqeyinə sərt reaksiya verib.

Yeni Azərbaycan Partiyası icraçı katibi Əli Əhmədov müxalifətin mitinqlərinin bəzi ölkələrin səfirlikləri tərəfindən dəstəkləndiyini iddia edib və diplomatların səlahiyyətlərindən kənar işlərlə məşğul olmamalarını istəyib.  YAP icraçı katibi mitinqlə ölkədə hüzur və sabitliyi pozma təşəbbüsü kimi dəyərləndirərək, bu təşəbbüslərin xalq tərəfindən rəğbət görmədiyini iddia edib.

Yeni Azərbaycan Partiyası həmçinin Avropa Birliyinin Azərbaycanda sosial və siyasi durumla bağlı açıqlamasına cavab olaraq 2 aprel mitinqinin qanunsuz olduğunu və polisin qanun çərçivəsində addımlar atdığını bildirib. Ölkədə medya mənsublarına təzyiqlər edildiyi və müxalifətçilərin həbs olunduğuna dair faktları təkzib edən YAP Azərbaycan xalqının aksiyalara qarşı olduğunu bəyan edib.

TRT

Share/Save/Bookmark