SƏVİYYƏSİNİ 7-YƏ ÇIXARDI

AZOH: Yaponiya Atım Təhlükəsizliyi Qurumu ölkədə nüvə təhlükəsi səviyyəsini ən yüksək səviyyə olan 7-yə çıxarıb.

Yeddinci səviyyə çox böyük miqdarda radiasiya sızıntısının təbiət və insan həyatına ciddi şəkildə təsir göstərməsi deməkdir.

Çernobıl qəzasında təhlükə səviyyəsi olaraq yeddinci dərəcə göstərilmişdi.

Fukuşimadakı nüvə sızıntısının hələlik Çernobılın 10 faizi qədər olduğu, ancaq soyutma çalışmaları uğursuzluqla nəticələnəcəyi təqdirdə Çernobıldan daha çox sızıntı ola biləcəyi açıqlanıb.

Nüvə sızıntısının artması bir tərəfdən də Yaponiya ilə qonşuları arasında diplomatik problemlər yaradır.

Ölkənin baş naziri Naoto Xan bu problemlərin qarşısını almaq üçün qonşularını stansiyadakı gəlişmələrlə bağlı daha detallı şəkildə məlumatlandıracaqlarını açıqlayıb.

TRT

Share/Save/Bookmark