Putin 2013-cü ilin seçkilərinə qatılacağını istisna etmir

AZOH: Dmitri Medvedev bildirib ki, “Biz indidən müəyyən siqnallar versək administrasiyanın və hökumətin yarısı işi dayandırıb dəyişikliyi gözləməyə başlayacaq”.

Rusiyanın baş naziri Vladimir Putin deyib ki, nə o, nə də prezident Medvedev 2013-cü ilin prezident seçkilərinə qatılacaqlarını istisna etməyiblər.

Vladimir Putinin bu bəyanatından bir qədər əvvəl prezident Dmitri Medvedev demişdi ki, seçkilərdə iştirakına dair qərarını tezliklə elan edəcək.

Bu arada Putinin belə bir bəyanatla çıxışını, bir sıra müşahidəçilər onun Dmitri Medvedevə meydan oxuması kimi qiymətləndirirlər.

Beləki, Dmitri Medvedev hələlik prezidentliyinin birinci müddətindədir.

Vladimir Putin deyib ki, hələ keçirilməsinə bir il qalmış seçkilərdən indi danışmaq mənasızdır və işə mane olur.

Vladimir Putin bildirib ki, prezidentliyə namizədlik barədə qərar seçkilər ərəfəsində ölkədəki situasiyadan asılı olacaq.

Çində səfəri əsnasında Dmitri Medvedev isə bildirib ki, “Biz indidən müəyyən siqnallar versək administrasiyanın və hökumətin yarısı işi dayandırıb dəyişikliyi gözləməyə başlayacaq”.

Hər iki bəyanatın məzmununda “iş”dən söhbət getməsi bu bəyanatların əvvəlcədən razılaşdırıldığını da göstərə bilər.

VOA

Share/Save/Bookmark