MACARISTAN PARLAMENTİNDƏN AZƏRBAYCANA DƏSTƏK

AZOH: Ermənilərin Qarabağda Azərbaycan türklərini qətlə yetirməsi Macarıstan parlamentinin gündəliyinə çıxarılıb. Parlamentə təqdim olunan layihəyə Macarısyanın üçüncü böyük partiyası Jobbik öncüllük edib.

Parlamentin xarici əlaqələr komitəsinin sədr müavini Marton Qyonqonsi Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal etdiyini bildirib. 1992-ci ilin fevral ayında törədilən Xocalı qətliamında çoxu qadın və uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyini xatırladan macar deputat BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, ATƏT və NATO-nun Ermənistanın törətdiyi bu qətliamı qınadığını bildirib. Buna baxmayaraq 1 milyondan çox qaçqının problemlərinin hələ də həll edilmədiyinə diqqət çəkən Qyonqonsi beynəlxalq birliyin bəzi faciələrlə yaxından maraqlandığı halda Azərbaycan türklərinin dramını görməməzliyə vurmasını tənqid edib.

Macarıstandakı ana müxakifət partiyası (Jobbik) parlamenti tarixi məsuliyyətlərini yerinə yetirərək Ermənistanın Azərbaycana hücumlarını qınamağa çağırıb.

Qeyd edək ki, milliyyətçi Jobbik Partiyası Macarıstan parlamentində 47 mandatla üçüncü yerdədir.

TRT

Share/Save/Bookmark