BMT Təhlükəsizlik Şurası Liviyanı Məhkəməyə verdi

AZOH: BMT-nin Təhlükəsizlik Şurası Liviyanın rəhbərliyinə qarşı sanksiyalar və hökumətin insanlara qarşı zorakılığına görə Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə dair qətnaməni yekdilliklə qəbul edib.

Bu qətnamə heç şübhəsiz getdikcə daha çox təklənməkdə olan Müəmmər Qəzzafi üzərinə təzyiqi maksimum artıracaq.

Beləliklə, Təhlükəsizlik Şurası polkovnik Qəzzafinin və onun ailəsinin mülkiyyətinin dondurulması, onun ailə üzvlərinin və yaxın çevrəsinin xarici səfərlərinin qadağan edilməsi barədə qərar verib.

BMT-nin baş katibi Ban ki Mun TŞ-nin, onun təbirincə desək, qətiyyətli qərarından məmnun olduğunu bildirib.

O deyib ki, qətnamənin mətni elementar insan haqlarının kütləvi şəkildə pozulmasına dözülməyəcəyinə, bu hərəkətlər üçün cavabdeh olanların ağır cinayətlərə görə məhkum olunacaqlarına dair çox güclü mesaj verir.

BBC

Share/Save/Bookmark