Firuz Yusifinin məhkəməsi keçirilib

AZOH: Tehranda Vəliəsr Məhkəməsində azərbaycanlı fəal, ordu zabiti Firuz Yusifinin məhkəməsi keçirilib. İclasda soydaşımızın barəsində irəli sürülən ittihamalara baxılıb. Ordu üzvlərinin ittihamlarına nəzarət edən komissiya 2010-cu il martın 20-də azərbaycanlı zabiti millətçilik, bölücü qruplarla əlaqədə olmaq və milli təhlükəsizliyin əleyhinə fəaliyyətdə günahlandırıb. Xatırladaq ki, ordunun təhlükəsizlik əməkdaşları 2010-cu il iyunun 21-də Firuz Yusifi ilə müsahibədən sonra onu Tehranda həbs edib və 24 gün sorğu-sualdan sonra mülk girovu qarşılığında azadlığa buraxıblar.

OLAYLAR

Share/Save/Bookmark