Məsud Hüseynzadə Təbrizin mərkəzi həbsxanasına köçürülüb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Məsud Hüseynzadə «Ettelaat»ın Təbrizdəki təcridxanasından şəhərin mərkəzi həbsxanasına köçürülüb. Soydaşımız iyulun 9-da Abbasi xiyabanında yerləşən öz ata evinə gedərkən gecə saatlarında təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Məsud Hüseynzadə 70 gündür «Ettelaat»ın Təbrizdəki təcridxanasında saxlanırdı. Hazırda azərbaycanlı fəal Təbrizin mərkəzi həbsxanasının karantin bölümündədir.

Share/Save/Bookmark