Milli fəala həbs və şallaq cəzası

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Həmidrza Rəncbər həbs və şallaq cəzasına məhkum edilib. Həmidrza Rəncbər Təbriz İnqilab Məhkəməsi tərəfindən 3 il həbs və 74 zərbə şallaq cəzasına məhkum olunub. Tehran Azad Universitetinin tələbəsi barəsində çıxarılmış qərar onun vəkili Fərhad Yəzdaniyə elan olunub. Qeyd edək ki, azərbaycanlı fəal ötən il Güney Azərbaycan şəhərlərində keçirilən kütləvi aksiyalar zamanı həbs olunub və 3 ay həbsdə saxlanıb.

Share/Save/Bookmark