Məhəmmədrza Cahangirzadənin vəsatəti təmin olunmayıb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmmədrza Cahangirzadənin şərti azadlığa buraxılması barədə tələbi Təbriz prokurorluğu tərəfindən rədd edilib. Azərbaycan Respublikasına casusluqda günahlandırılan soydaşımız 2.5 il azadlıqdan məhrum olunub. Təbriz zindanının məsulları cəzasının yarıdan çoxunu çəkmiş azərbaycanlı fəalın şərti azadlığa buraxılmasıyla razılaşsalar da, bu istək Təbriz prokurorluğu tərəfindən rədd edilib və soydaşımızın həbs müddəti bitənədək Təbriz zindanının kargahi bölümündə saxlanmasına göstəriş verilib. Məhəmmədrza Cahangirzadə ürək və əsəb xəstəliyindən əziyyət çəkir. Onun mütəxxəsis həkimlər tərəfindən müalicə olunması lazımdır.

xerite-423-1

Share/Save/Bookmark