FƏLƏSTİN BMT-YƏ ÜZVLÜK ÜÇÜN MÜRACİƏT EDƏCƏYİNİ AÇIQLAYIB

AZOH: Fələstin Sentyabr ayına qədər İsraillə atəşkəs razılaşması imzalaya bilməzsə, Birləşmiş Millətlərə üzvlük üçün müraciət edəcək.

Fələstinin Birləşmiş Millətlər Təskilatındakı nümayəndəsi Riyad Mansur Sentyabr ayına qədər atəşkəs razılaşması imzalanmazsa BMT-yə üzvlük üçün fəaliyyətə başlayacaqlarını bildirib.

Fələstinli diplomat BMT-yə üzv olmaq üçün Təhlükəsizlik Şurasının tövsiyyələrinin kifayət etmədiyini, üzvülük üçün 128 ölkənin dəstəyinə ehtiyaçlarının olduğunu və bu dəstəyi ala biləcəklərinə inandıqlarını söyləyib.

Ancaq Fələstinin müstəqil bir dövlət kimi bu istəyinin qəbul olması üçün İsrailə dəstək olan Amerika Birləşmiş Ştatları bu müraciəti veto etməməlidir.

TRT

Share/Save/Bookmark