15 məntəqə müvəqqəti təhlükəsizlik bölgəsi elan edildi

AZOH: Türkiyə Silahlı Qüvvələri ölkənin cənub-şərqində 15 bölgəni müvəqqəti təhlükəsizlik bölgəsi elan edib.

Baş Qərargahın internet saytında yayılan açıqlamada Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində 15 yerin müvəqqəti təhlükəsizlik bölgəsi elan edildiyi bildirilib.

Açıqlamada sözügedən bölgələrə giriş qadağasının 7 oktyabrdan 7 yavnara qədər davam edəcəyi bildirilib.

Girişin qadağan edildiyi bölgələr bunlardır: Küpəli dağı, Cudi dağı, Yazlıca dağı və cəbunu, Məhmət Yusuf və Meydan dağları, İncəbel dağları, Altın dağlar, Çağlayan/Pirinçəkən, Buzul dağı, Rejqar/Alandüz dağı, İkiyaxa dağları, Balkaya dağı, Karadağ/Gədiktəpə/Çiməndağı, Yazlıca dağının şimalı, Kurşunlu-Görüsə dağı, Diclə və Yassıdağ.

TRT

Share/Save/Bookmark