Avropa Parlamentində saxtakarlıq

AZOH: Dünyaya "demokratiya dərsi" keçən Avropa Parlamenti sədrinin müavini Silvana Koç-Mehrin doktorluq dissertasiyasının dörddə birindən çoxunun başqa bir müəllifin əsərindən köçürüldüyü bəlli oldu.

Almaniyanın "Frankfurter Rundschau" qəzetinin Heidelberq Universitetinin araşdırmalarına əsasən yaydığı xəbərə görə, Silvana Koç-Mehrin "İqtisadiyyat və siyasət arasındakı maliyyə birliyi" adlı doktorluq dissertasiyasının dörddəbir hissəsi müəllifə istinad edilmədən köçürülüb.

Araşdırma hesabatında dissertasiyanın yer alan elmi tezislərin 27,9 faizinin oğurluq olduğu bildirilir.

Avropa Parlamentinin sədr müavini mətbuata açıqlamasında ünvanına səslənən ittihamlardan yayınsa da, məsələnin Heidelberq Universiteti Universiteti tərəfindən araşdırıldığını təsdiqləyib.

Qəzetin yaydığı xəbərdə, Koç-Mehrin təmsil olunduğu Almaniya Azad Demokratlar Partiyasında (AADP) məsələnin ciddi müzakirələrə səbəb olduğu vurğulanır: "Əgər Silvana Koç-Mehrin doktorluq dissertasiyası ləğv edilərsə, o zaman bu hadisə partiyanın may ayında keçiriləcək qurultayında ciddi fikir ayrılıqlarına yol aça bilər".

Qeyd edək ki, Almaniyanın keçmiş müdafiə naziri Karl Teodor Quttenberq də doktorluq dissertasiyasındakı saxtakarlığa görə, vəzifəsindən istefa vermişdi.

VOA

Share/Save/Bookmark