Behruz Fəridi həbs olunub

AZOH: Təbriz Azad Universitetinin tələbəsi Behruz Fəridi həbs olunub. Milli fəal barəsində çıxarılmış birillik həbs cəzasını çəkmək üçün Təbriz mərkəzi həbsxanasının karantin bölümünə salınıb. Qeyd edək ki, Behruz Fəridi 2011-ci il noyabrın 3-də öz həyat yoldaşı Leyla Behruz və tələbə fəallar Arəş və Siyavuş Məhəmmədi ilə birlikdə həbs olunub. «Ettelaat»ın Təbriz şöbəsinə aparılan azərbaycanlı fəal 2012-ci il yanvarın 7-də 40 milyon tümən mülk girovu qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. Daha sonra Təbriz İnqilab Məhkəməsinin qərarıyla Behruz Fəridi bir il azadlıqdan məhrum edilib.

Share/Save/Bookmark