Təbrizin mərkəzi zindanında Səfərxan Qəhrəmani anılıb

AZOH: Güney Azərbaycanda ən çox məhbəs həyatı yaşamış siyasi məhbus Səfərxan Qəhrəmani Təbrizin mərkəzi zindanında anılıb. Mərasim azərbaycanlı məhbus fəallar tərəfindən qeyd olunub. Tədbir zamanı məhbuslar arasında xurma paylanılıb və mərhumun ruhuna dualar oxunub. Azərbaycanlı fəallar Səfər Qəhrəmaninin həyatı və mübarizəsindən danışıblar. Mərasimində sonunda azərbaycanlı fəallar azadlıq uğrunda canından keçmiş soydaşlarımızı hörmətlə yad edib və ruhlarına fatihə oxuyublar.

Share/Save/Bookmark