OBAMA 1915-Cİ İL HADİSƏLƏRİ İLƏ BAĞLI ÇIXIŞINDA “SOYQIRIM “ İFADƏSİNİ İŞLƏTMƏYİB

AZOH: ABŞ-nın prezidenti Barak Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında bu il də “soyqırım “ ifadəsini işlətməyib.

Obama 24 Aprel tarixli yazılı açıqlamasında, 1915-ci il hadisələrini ötən il olduğu kimi “böyük fəlakət” olaraq vurğulayıb.

Prezident yazılı açıqlamasında Ermeniləri ölümdən qurtaran Türklərdən də danışaraq” Ermənilərin həyatını xilas edən Türkləri salamlayıram. Türklərlə Ermənilər arasındakı dialoqa meyillilik məni cəsarətləndirir” deyib.

“ 1915-ci il hadisələri ilə bağlı fikirlərimi daha öncə də demişəm və bu düşüncələrimdə hər hansı bir dəyişiklik yoxdur” deyən Obama, yazılı açıqlamasında vurğulayıb ki, “həqiqətlərin tam olaraq və ədalətli şəkildə qəbul edilməsi hər iki tərəfin xeyirinə atılacaq bir addım olar” .Obamanın bu açıqlaması ermənilər tərəfindən kəskin narazılıqla qarşılanıb.

TRT

Share/Save/Bookmark