MÜBARƏK HƏBSXANA XƏSTƏXANASINA NƏQL EDİLƏCƏK

AZOH: Misirin keçmiş prezidenti Hüsnü Mübarək Şarm Əl Şeyxdə müalicə olunduğu xəstəxanadan Qahirədəki Tora həbsxanasının  nəzdindəki xəstəxanaya nəql ediləcək.

Həkimlər Mübarəkin səhhətinin belə bir nəql üçün uyğun olduğunu bildiriblər. Bundan sonra Daxili İşlər Nazirliyi keçmiş prezidentin həbsxana xəstəxanasına köçürülməsinə icazə verib.

Mübarəkin korrupsiya və vəzifədən sui-istifadə ittihamları ilə həbs edilən oğulları Camal və Əla da eyni həbsxanada saxlanılır.

TRT

Share/Save/Bookmark