Azərbaycanlı məhbuslara qarşı təzyiqlər artıb

AZOH: Təbrizin mərkəzi həbsxanasında azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlər artıb. Belə ki, həbsxana məsulları azərbaycanlı fəalları müxtəlif formada cəzalandırır. Məhbuslar zindan məsulları tərəfindən döyülür, işgəncəyə məruz qalır və davamlı şəkildə təhqir edilir. Bu təzyiqlər bir neçə gün öncə azərbaycanlı fəalların Məsud Hüseynzadənin döyülməsinə etiraz etməsindən sonra daha da kəskinləşib. Təbrizin mərkəzi həbsxanasının məsulları «Ettelaat»la əməkdaşlıq nəticəsində azərbaycanlı fəallara qarşı fiziki və mənəvi təzyiqlər göstərir və bununla da onları öz məhbus hüquqlarını tələb etməkdən çəkindirmək istəyirlər. Bu təzyiqlərin daha çox azərbaycanlı fəallar Əziz Purvəli və Mehdi Həmidi Şəfiqə yönəldiyi görünür. Məlumata görə, «Ettelaat»dan göstəriş alan zindan məsulları hər gün azərbaycanlı fəalların şəxsi əşyalarını yoxlamaqla yanaşı, həm də onların əqidə və mövqelərini öyrənməyə çalışırlar. Bütün bunlar isə islahatçılıqdan və insan haqlarından dəm vuran qurumların və medianın diqqətini cəlb etmir. Onlar da İran hakimiyyətilə birlikdə azərbaycanlı siyasi məhbusları informasiya blokadasında saxlayır və bütün bunlara göz yumurlar.

AZOH

Share/Save/Bookmark